Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Gəncədə “Maqro Construction Azerbaijan” MMC DÖVLƏTƏ KƏF GƏLİR... -DE-FAKTO

  Azərbaycan Respublikasında fəaliyyət göstərən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti – su təchizatı sahəsində dövlət siyasətini həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.
Yenixeber.org: Hər kəs yaxşı bilir ki, bundan əvvəl Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı dövlət büdcəsindən “Azəraqrartikinti” ASC-yə 450 mln manat vəsait ayrılmışdır.Bu günə kimi görülən işlərin keyfiyyətsizliyindən həm Gəncə sakinləri narazılıq edirdi həm də ölkə mediası davamlı olaraq “Azəraqrartikinti” ASC-ni tənqid edirdi.
Bu ilin avqust ayından “Azərsu” ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması bağlı tenderinin qalibi olaraq “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsinin seçildiyini elan etmişdir.
Bildirmək istəyirik ki, Gəncənin su və kanalizasiya sisteminin yenilənməsinə 50 mln manat vəsait xərclənəcək.Amma şirkətin əsas işçi korpusu sayılan azərbaycan vətəndaşlarının əmək hüquqları pozulmaqla yanaşı həm də onlar “qul” kim istismar edirlər.
Bu haqda Dünyanınsəsi.Az saytına bir qrup şəxs tərəfindən şikayət daxil olub.
Şikayətşilər qeyd edir ki, sözügedən şirkət onlarla əmək müqaviləsi bağlasada elə olur ki,əməkhaqları 4-5 ay ləngidərək vermirlər.
Şirkət tərəfindən vətəndaşlarımızla yanaşı həm də bağlanmış müqavilələr əsasında istifadə olunan texniki vasitələrdə 8 saat əvəzinə 12 saat-a çalışdırılır.Bu hal da öz-zlüyündə həm qüvvədə olan Əmək Qanunvericiliyi haqqında olan qanunun müvafiq maddələrinə zidd olmaqla yanaşı həm də küllü miqdar Vergidən yayınmaya gətirib çıxarılması deməkdir.
İşçilər onu da qeyd edirlər ki, “Maqro Construction” MMC-nin yerli nümayəndəsi sayılan İbrahim adlı şəxsə dəfələrlə müraciət etsəkdə gündə bizə bir yalan danışmaqla vaxtı uzadır.
Şirkətin işçiləri bildirirlər ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərində heç bir təcürbəsi olmayan mütəxəssislər toplusundan ibarətdir.
Belə ki, çəkilən boru xətləri lahiyəyə görə borunun alt hissəsi müəyyən texnikalar vasitəsi ilə torpaq qatı bərkidilməli və borular basdırılarkən üst qatları yumşaq qum materialı ilə örtülməlidir.Amma bu şirkət işləri tez başa vurub lahiyyəyə ayrılmış olan vəsaiti həzmraberdən tez keçirmək üçün əllərinə gələn daş-kəsək materialları ilə örtürlər.Buda gələcəkdə çəkilən boru kəmərlərinin qısa zaman kəsiyində zədələnməsinə zəmin yaratmış olur.Həmdə yeni çəkilən boru xəttlərinin üzərləri düzgün asfalt qatı əlavə edilməyəndə yağış və yeraltı qrunt suları təsirindən dağılmaya səbəb olur.Gorəsən yeni nəzərdə tutulmuş olan bu lahiyəyə sifarişçi olan “Azərsu” ASC -nin nəzarət etməli olan maddi məsul şəxsi hara baxır.Şəhər daxilində kilometrlərlə qazılmış yollarda və quyularda işçilərin texniki təhlükəsizliyinə niyə riayət edilmir? Halbuki quyular konusvari qazılmalı, yan səthlərində torpaq uçqunlarının qarşısını almaq üçün təhlükəszilik lövhələrindən istifadə edilməlidir.Amma bu texniki tələblər nəzərə alınmadan “basməmmədi” işlər aparılır.Bu sadalanan faktlar həm şirkəti vergidən yayındırır, hə də xeyli miqdar korrupsiya yolu ilə qazanc əldə edilməsinə gətirib çıxarır.

Gəncədə “Maqro Construction Azerbaijan” şirkəti DÖVLƏTƏ KƏF GƏLİR...
Gəncədə “Maqro Construction Azerbaijan” şirkəti DÖVLƏTƏ KƏF GƏLİR...
Gəncədə “Maqro Construction Azerbaijan” şirkəti DÖVLƏTƏ KƏF GƏLİR...

Redaksiya olaraq inanırıq ki,qısa zaman kəsiyində yuxarıda qeyd edilən xeyli miqdar vergidən yayınma, işçilərin kütləvi şəkildə hüquqlarının pozulması faktlarını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tərəfindən araşdırılaraq nəzarətə götürüləcəkdir..
Səsləndirilən iddia ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
“Maqro Construction” MMC -nin çəkdiyi su xətlərinin videosunu təqdim edirik:
videoya baxmaq üçün BURA TIKLAYIN...
Dünyanınsəsi.Az


[flash=425,264]https://dunyaninsesi.az/wp-content/uploads/2023/08/videoplayback.mp4?_=1[/flash]

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam