Barbarlığı ifşa olunmuş Ermənistanın ədalət harayı –Dünya bu həqiqəti niyə görmək istəmir?
İkinci Qarabağ müharibəsinin nəticələri həm də Ermənistanın Azərbaycana qarşı 30 ildə apardığı barbar siyasəti ifşa etdi. İşğaldan azad olunan ərazilərdə daşın-daş üstə qalmadığını, yandırılıb, sökülüb xarabazara çevrilmiş Azərbaycan kəndlərinin, şəhərlərinin halını beynəlxalq ictimaiyyət gördü. Təxminən 13 min kvadrat kilometr ərazidə - 1 milyona yaxın azərbaycanlının minilliklər ərzində yaşadağı doğma yurd-yuvası qəsbkarlar tərəfindən xüsusi vəhşiliklə dağıdılıb. Azərbaycanın apardığı bərpa-quruculuq işləri zamanı bəşəri cinayətin izləri də silinir. Yəqin ki, hər rayonda onların bir nümunəsi həm dünya ictimaiyyətinə xatırlatmaq, həm də gələcək nəsillər üçün qorunub saxlanılacaq...
Yenixeber.org: Bu gün səsi BMT Təhlükəszilik Şurasına qədər gedib çıxmış erməni təbliğatı “genosid, aclıq, ölüm təhlükəsi” kimi mənasız çığır-bağır ilə doludur. Azərbaycanı tutmadığı əmələ görə qınayır, beynəlxalq təşkilatları şantaj edərək bu yalançı hay-küyə dəstək verməyə vadar etməyə çalışırlar. Təəssüf ki, beynəlxaq hüquq, ədalət, insan haqları prinsiplərindən dəm vuran bəzi beynəlxalq dairələr, ermənipərəst dövlətlər də erməni təbliğatına qoşulub Azərbaycanı qınamaq, əzmək havasına giriblər.
Müharibədən sonra Azərbaycandakı diplomatik korpusun rəhbərləri, nümayəndələri dəfələrlə işğaldan azad edilmiş bölgələrə aparılıb. Erməni barbarlığının nətcələri onlara əyani göstərilib, Azərbaycan torpaqlarının minalarla necə çirkləndirildiyi barədə sübutlar təqdim olunub. Diplomatlara çatdırılıb ki, xarabazara çevrilmiş şəhərlər, kəndlər Azərbaycana məxsusdur, heç vaxt mühabisə predmeti olmayıb, sadəcə işğal edilib, əhalisi öldürülüb, didərgin salınıb, yurd-yuvası da yandırılıb. Bunu indi dünyadan ədalət istəyən Ermənistan dövləti həyata keçirib və həmişə öz əməllərinə haqq qazandırıb.
Ermənistan bir nümunə göstərə bilməz ki, Azərbaycan onlara qarşı hansısa, hərbi cinayətlər törədib, dinc əhalini qırıb, əsirlikdə xüsusi amansızlıqla qətlə yetirib, Xocalıda olduğu kimi soyqırım cinayətlərinə əl atıb. Bircə nümunə belə yoxdur! Birinci və İkinci Qarabağ müharibəsində öldürülən ermənilərin hamısı hərbçilər və ekstremistlər olub.
Bütün bunlara rəğmən, dünya Ermənistanın əsl barbar sifətini görmək, ona tüpürmək istəmir. Əksinə, Azərbaycana qarşı səlib yürüşü təşkil olunur, erməniləri genosidə məruz qoymaqda ittiham edilir.
Əlbəttə, onlar Ermənistanın Azərbaycana qarşı əməlləri barədə kifayət qədər məlumatlıdırlar, 44 günlük müharibədən sonra erməni barbarlığını Ağdamda, Füzulidə, Şuşada, Cəbrayılda öz gözləri ilə görüblər. Nifrətlə, kinlə, xirtdəyə qədər cinayətlə yüklənmiş bu xalqı, dövləti dəstəkləmək əslində bəşəri dəyərlərə həqarətdir, onları yeni cinayətlərə sövq etməkdir.
Bu ədalətsizlik, ikili standartlar Azərbaycanı əsla ruhdan salmamalıdır. Çünki tarixin öz inkişaf qanunauyğunluğu, ədalət tərəzisi var, necə ki, 30 il sonra, İkinci Qarabağ müharibəsində Ermənistan öz layiqli dərsini aldı və onun öz alçaq əməlləri ilə sivil dünyaya ləkə olduğu sübut olundu. Həqiqəti daim söyləmək, onun yanında dayanmaq, ona əsaslanmaq bir gün öz bəhrəsini verir. Məşhur deyimdə deyildiyi kimi, qızılın üstündən min ilin tozunu sildikdə yenidən bərq vurmağa başlayır.(azpolitika)
Rasim Əliyev