Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Əziz Əzizov Mehriban Əliyevanın göstərişinə baxmır -ona əziz olan puldur!

Yenixeber.org: Bakının Suraxanı rayonu heç zaman yerli rəhbərlik sarıdan bəxti gətirməyib. Bu rayonun qismətinə həmişə laqeyd məmur düşüb. İndi də suraxanılılar eyni zilləti çəkməkdədir. Çünki onların problemləri rayonun icra hakimiyyətini maraqlandırmır. İcra hakimiyyətinə başçılıq edən isə gəzmədiyi İH qalmayan Əziz Əzizovdur. O da elə məmurdur ki, fərq etmir Yasamalın, Cəlilabadın, yaxud Suraxanının başçısıdır, harada işləyibsə əhalinin müraciətlərinə biganə qalıb. Yeni Günəşli ərazisində olan "Sahil - S İnşaat" şirkətinin binasının sakinləri də oxşar etinasızlıqla üzləşiblər. Onlar Heydər Əliyev Fondunda qəbul ediliblər, problemləri öyrənilib, daha sonra fondun rəhbəri, I Vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə sakinlərin məsələsi yerli icra hakimiyyətinə yönəldilib. Suraxanı İH qarşısında vətəndaşların problemləri barədə maraqlanmaq tələbi qoyulub. Və bu, Mehriban xanım Əliyevanın və prezidenti olduğu Fondun tapşırığıdır. Deyilib ki, onların borcu problemlərlə maraqlanmaqdır. Amma icra başçısı Əziz Əzizov üçün ən əziz olan puldur, maxinasiyadır, Yeni Günəşlini qarış-qarış satmaqdır. Sakinlərin sözlərinə görə, bu günə qədər mediada onlarla müraciətləri işıqlandırılıb, Prezident Administrasiyası, Baş Prokurorluq onların məsələsini nəzarətdə saxlayır, şikayətlərinə diqqət göstərilir, müxtəlif qurumlar dələduzluqla üzləşmiş bu ailələri dəstək olmağa çalışıb, amma birbaşa öz ərazisinə aid olan problemlə Əziz Əzizov bir dəfə olsun maraqlanmayıb. Yəni sənə aid səlahiyyət zonasında bu hadisələr baş verir, respublika məsələdən məlumatlıdır, amma bir başçı kimi sakinləri qəbula çağırıb bir görüş keçirmə, dərdinə şərik olma, ən azı etika naminə onlarla həmsöhbət olma, heç olmasa dilini şirin etmək üçün "sizə necə kömək edə bilərəm" deyib 165 ailənin könlünü alma...Bəs bir başçı kimi vəzifən nədən ibarətdir? Prezidentin yerdəki səlahiyyətli nümayəndəsi olaraq nə işlə məşğulsan ? Yerli sakinlərin problemi ilə maraqlanmırsansa, bəs nə səni ilgiləndirir? Hər şey bir yana, Mehriban xanımın göstərişi İH-nə deyilir ki, bu insanlara kömək edin, icra başçısı Əziz Əzizov I vitse-prezidenti də saymır? Ona deyilən sözü bu qulağından alıb, o biri qulağından keçirməkdi bu. Yəni Suraxanı icra başçısı torpaq satmağa vaxt tapır, qarış-qarış əraziləri peşkəş etmək üçün sərəncam verməyə zamanı olur, amma Mehriban xanımın tövsiyyəsi ilə aldadılmış sakinlərlə danışmağa vaxt edə bilmir? Maraqlıdır, Əziz Əzizovun məmur olaraq başı nəyə qarışıb ki, başını qaşımağa vaxtı olmur və 165 ailə adından 10-12 nəfərlə görüşmür? Əziz Əzizov hakimiyyət içində hansı böyük gücə bağlıdır və ona güvənir ki, Mehriban xanım Əliyevanın göstərişinə məhəl qoymur?! Bu hörmətsizlik, saymazlıq, müştəbehlik hardan qaynaqlanır? Sakinlər deyirlər ki, Heydər Əliyev Fondunda üç dəfə qəbul ediliblər, amma Suraxanı İH-dən bir dəfə belə zəng olmayıb ki, sizə necə dəstək ola bilərik? Sakinlər dövlətin diqqətindən razıdır, amma məmurların belə davranışı anlaşılmazdır.
Bildiririk ki , Hazırda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olan Əziz Əzizovun hələ Cəlilabad və Yasamal rayonlarında törətdikləri bir çox özbaşınalıqlar barədə dövrü mətbutda yazılanların üstündən hardasa sükutla keçmək olar. Amma Suraxanıya təyin olunduqdan sonra az qala iki il ərzində rayon ərazisində, boş torpaq sahələrində, istismar müddəti bitmiş neft quyularının üstündə tikinti aparılmasına verilən icazələrin artmasının üstündən sükutla keçmək olmur. Yəni icra başçısı Əziz Əzizov üçün vacib olan ölkə rəhbərliyinin tapşırığı yox, özfəaliyyətidir...(Anaxeber,info)

Azər Talıbov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam