Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Sumqayıt İcra Hakimiyyətində maliyyə yoxlamaları Fərəcovu bitirir

 

Xəbər verdiyimiz kimi, bir müddət əvvəldən Maliyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt şəhərində kompleks yoxlamalar həyata keçirirlər. Həmin yoxlamalar zamanı Sumqayıt Səhiyyə Şöbəsində 6.425 min manat yeyinti və vəsaitini təyinatı üzrə xərclənmədiyi aşkarlanıb. Belə ki, həmin vəsaitin xəstəxana və poliklinikaların yenidən qurulması və əsaslı təmiri üçün ayrıldığı, lakin bu istiqamətdə yalnız kosmetik işlərin görüldüyü dəqiqləşib. Məsələ ilə əlaqədar şöbənin müdiri Səkinə Sadıxova isə ifadəsində qeyd edib ki, onun həmin pullardan xəbəri yoxdur, bununla bağlı hər hansı sənədə də imza atmayıb. İddiaya görə, Sadıxova icra başçısı Zakir Fərəcovu nişan verərək, sualların ona verilməsini qeyd edib.
Yenixeber.org: Bununla bağlı qeyd edilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov məsələni “dinc yolla” həll etməyə çalışsa da, nə Baş Prokurorluq, nə də Maliyyə Nazirliyi onu yaxına buraxmayıb. Ondan tələb olunub ki, həmin vəsait ödənilməlidir. Belə olan halda öz cibindən pul vermək istəməyən icra başçısı, səhiyyə üçün ayrılmış, lakin sonradan mənimsənilmiş pulların ödənilməsini müavinləri və şöbə müdirləri arasında bölüşdürüb. Bölgü zamanı Sumqayıtda tenderləri və pul yığma prosesini həyata keçirən əsas firqurlardan birinə daha çox “yük” düşüb. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin üzərinə həmin pulun 1.5 milyon manatını ödəmək öhdəliyi qoyulub. Deyilənlərə görə, Zakir Fərəcov iclasda Gündüz Əliyevə deyib ki, səhiyyədki təmir-tikinti işlərinə o rəhbərlik edib, pul məsələsindən də o məsul olub. Lakin həmin məsələnin üstü açılıb və buna görə də, tələb olunan məbləğin 1.5 milyon manatlıq hissəsini o ödəməlidir. Gələn son xəbərlərə görə, Gündüz Əliyev bir ayın içində həmin pulun 800 min manatını ödəyib. Bu pulu haradan, necə, hansı şəkildə əldə etdiyi barədə məlumat yoxdur. Şöbə müdirinin bu qədər pulu necə əldə etdiyi də bir ayrı sualdır. Lakin yerdə qalan 700 min manatı ödəmək məsələsində problem yaranıb. Ödənişlə bağlı vaxt isə daralmaqdadır və toplam pulun deyilən vaxt büdcəyə geri verilməməsi, Fərəcov üçün ciddi başağrısına çevriləcək.Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin 8 nəfərlik qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.
Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.
Qeyd edək ki, Sumqayıt şəhər stadionu Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulub. Arenanın tikintisinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Zakir Fərəcovun fəaliyyətindən məlumatı olan yaxın mənbə bildirib ki, Sumqayıtda çox böyük problemlər var və bu problemlərin hamısı icra başçısının yol verdiyi ciddi nöqsanlarlarla bağlıdır.
Bildirək ki, Zakir Fərəcov adı qalmaqallarda keçən icra başçılarından biridir. Onun Sumqayıtda xüsusən sahibkarlara “qan uddurduğu”na dair iddialara tez tez rast gəlinir. Hətta yaxın zamanlarda Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı ilə bağlı ölkə başçısına müraciət olunmuşdur. Üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.
Fərəcov sahibkarlara qənim kəsilməklə təkcə prezidentin tapşırıqlarına və tələblərinə qarşı çıxmır, həm də eyni zamanda sahibkarlara zülm və sitəm etməklə böyük pullar da qazanır.
Belə neqativ, sahibkarlara qarşı qanunsuzluqlar etmiş məmurlar, icra başçıları tutduqları vəzifələrdən tezliklə çıxrılmalıdırlar: “İcra başçısı obrazı dəyişdirilməlidir. Bu tipli icra başçıları nə qədər tapşırsan da, bu adamlar xırda ticarətlə məşğul olan zehniyyətə sahib olduqlarından onlar üçün insan haqları, mülkiyyət maraqları anlayışları yaddır. Sadəcə, problemin dərinliyini, ölkənin iqtisadi durumunun yaxşılaşması üçün sahibkarların həlledici rollardan birinə malik olmalarını başa düşmürlər. Bu adamların yaranmış situasiyaya hazırlığı yoxdur.
Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər növbəti dəfə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.(cumhuriyyət)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam