Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Qarabağ Qazisi Abdin Fərzəliyevdən Putinə şikayət edəcək:məktubumu Administrasiyanın məktublar şöbəsində zibil qutusuna atırlar

             

               Abşeronun icra başçısı Abdin Fərzəliyevin ölkədə heç kimdən qorxmur!

Yenixeber.org: Redaksiyamıza Qarabağ Qazisi Cahangirov İlqar Əlsafa oğlunun Abşeronun Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən 2-ci şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:
 Mən 09.07.2023-cü il tarixində KİV-lər vasitəsi ilə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək 2022-ci ilin dekabr ayından bu günə qədər Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmədiyimi söyləmişdim. Təşəkkür edirəm ki, həmin
müraciətimi bir çox saytlarda işıqlandırdılar. Lakin qorxub xəbəri paylaşmayan saytlar da oldu təbii ki. Lakin bu qədər saytlarda xəbərlərin dərc olunmasına baxmayaraq yenə də Abşeron rayon İcra Hakimiyyətindən bir nəfər belə mənə zəng etmədi ki, buyurun yaxınlaşın Abşeron rayon İcra Hakimiyyətinə.
 Açıq-aşkar görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev nə cənab Prezidentdən nə də Vitse-Prezidetdən qorxub çəkinmir. Demirəm ki, qorxub çəkinsin, heç olmaya hörmət qoysun! Mən qazi olaraq bütün mediaya müraciət edib, bildirirəm ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev 2022-ci ilin dekabr ayından məni qəbul etmir, özünü ağa kimi xan kimi aparır və bu müraciətimə əhəmiyyət belə verən yoxdur. İndi siz düşünün ki, vətəndaşlara necə zülm edilir Abşeron rayon İcra Hakimiyyətində.
 Bu qədərmi çətindir qazini qəbul edib, onun problemlərini dinləmək? Onlarla saytlarda bu barədə xəbərlər yazıldı yenə faydası yoxdur. Şəxsən mənim üçün çox maraqlıdır Abdin Fərzəliyev kimə arxayındır belə? Cənab Prezident bütün məmurlara söyləyir ki, məmurlar xalqın xidmətçisidir. Abdin Fərzəliyev cənab Prezidentin tapşırıqlarına niyə məhəl qoymur?
 Cənab Prezident bir neçə çıxışında ictimai nəzarətin zəif olmasından danışıb və xalqa müraciət edərək problemlər barədə mənə siqnal ötürün deyib. Mən buradan sual verirəm ki, cənab Prezidentə necə siqnal ötürüm mən? Prezident Administrasiyasına yazmışam faydası yoxdur onsuz da mənim məktubumu Administrasiyanın məktublar şöbəsində oxuyub atırlar zibil qutusuna, mediaya müraciət edirəm onlarla sayta xəbərlər verilir heç bir faydası yoxdur. Sual yaranır ki, mən səsimi cənab Prezidentə necə çatdırım, necə siqnal ötürüm?
 Bir çarəm qalıb xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatlara məktublar yazam ki, xahiş edirəm mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırın. Belə etdikdə isə məni dərhal lazımi yerlərdən çağırıb deyəcəklər niyə belə etmisən bizə deyərdin həll edərdik dəə. Bu özbaşınalığa son qoyan olacaqmı görən? Mənə kimsə izah etdin cənab Prezidentə necə siqnal ötürməliyəm? Əgər bu müraciətimə də baxılmasa artıq 3-cü müraciətimdə birbaşa bir neçə ölkələrin prezidentinə, səfirliklərə və beynəlxlaq təşkilatlara müraciət edəcəyəm. Öz ölkəmizdə öz prezidentimizə səsimizi çatdıra bilmirik. Xahiş edirəm ki, mənim bu
yazılarımı mediada dərc edəsiniz ki, sabah mən başqa yerlərə müraciət etdikdə deməsinlər ki, niyə belə etdin.
 Artıq üçüncü dəfə Abdin Fərzəliyevə orden verən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edəcəyəm! 

 

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam