Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində qiymətlər "od tutub, yanır" -NAZİRƏ MÜRACİƏT

          Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb - İTTİHAM
Yenixeber.org: Redaksiyamıza bir qrup Ucar rayon sakinlərinin şikayət məktubu daxil olub. Məktubda Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində "bazar açılmasından", konkret "Taskı" qoyulmasından bəhs olunur. Biz müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istəsək də, olmadı...
Aktuallığını nəzərə alıb, məktubu müəyyən düzəlişlə dərc edirik:  

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb. Digər "mero"lərələ müqayisədə burada qiymətlər kəllə-çarxa çıxıb. Buna görə bura gələn rayonların sakinləri soyulurlar çox əziyyət çəkirik.
Bu vəziyyət isə Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə Cavanşir Vəliyev rəis təyin olunandan sonra baş verdi. Adam deyir ki, "Burada mən Bağdadda kor xəlifə".
Sürücülük vəsiqəsi almaq üçün 1400 manat rüşvət verilməlidir, avtomobilin qeydiyyatı 600 manat, texniki baxış kiçik avtomobillər 100, yük maşınları 200 manat edilir. Nömrə, sürücülük vəsiqəsinin dəyişdirlməsi 200-300 arası.
Texniki baxışdan avtomobil gətirilmədən keçirmək üçün kiçik avtomobillər 200 böyüklər isə 400 manat təşkil edir.
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyevin milyonlarla manat dəyərində olan malikanələri, ticarət obyektləri, yanacaq doldurma məntəqəsi, şadlıq evi və bahalı avtomobilləri var. Təkcə Bakı şəhərində 14 yerdə mənzili, Qəbələdə, Qaxda, Qubada və Göyçayda villası var.Cavanşir Vəliyev əslən Göyçayın Qarabaqqal kəndindəndir.İki böyük mal-qoyun ferması var ki, hər birində 3000 baş qoyun və inəklər saxlanılır.
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə gedən şəxsləri ilk olaraq Cavanşir Vəliyevin özü ilə Göyçaydan gətirdiyi dəllallar qarşılayır. Qiyməti onlar oxuyub pulu alıb korrupsiya əməliyyatını həyata keçirirlər.
Rüsumların həddən artıq şişirdilməsinə etiraz edənlərin isə avtomobilllərinə qanunsuz əngəllər yaradırlar. Gah deyilr ki, mühərrik nömrəsi düz deyil, avtomobilin ban nömrəsi dəyişdirilib, rəngi düz gəlmir maşında şübhə var.Bu yolla avam insanları aldadıb istədikləri pulu ala bilirlər.Cavanşir Vəliyev sanki dövlət idarəsini özəlləşdirib bazar edibdir.
Vətəndaşlar çox əziyyət çəkirlər və açıqca şəkildə soyulurlar.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yüksək nizam-intiza olduğu halda, Cavanşir Vəliyevin dövlət idarəsini bazara döndərməsi yolverilməz bir haldır.
Hörmətli Nazir cənab Vilayət Eyvazovdan xahiş edirik bu problemə diqqət edib, Cavanşir Vəliyev barədə tədbirlər görsün.
İmza;
Əliyev Zaur Qorxmaz oğlu
Cəbrayılov Tural Malik oğlu
Seyidov Sadiq Əhməd oğlu
Babayev Akif Gülağa oğlu
Məmmədov Rasim Kamil oğlu
Əhmədov Cavid Nazim oğlu
Qasımov Qabil Mobil oğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam