Gəncədə sürücülük vəsiqəsi üçün qazidən 1200 manat istədilər-RÜSVAYÇILIQ
Verilən məlumatlarda o da bildirilir ki, Gəncə 9 saylı rayonlararası qeydiyyat imtahan şöbəsində sanki “gestapo” sistemi qurulub. Burada vətəndaşları şöbəyə buraxmazdan əvvəl girişdə onun mobil telefonlarını əlindən alıb sonra içəri buraxırlar. Bu da insanlar arasında haqlı narazılığa, hətta qarşıdurmaya gətirib çıxarır.
Məlumata görə, əvvəlki rəisdən sonra gəncəlilərin və Gəncəyə bağlı olan ətraf rayonların sakinlərində işlərin yoluna qoyulmasına ümid yaransa da, yeni rəisi Mais Əhmədov bu ümidləri doğrultmayıb. Deyilənə görə, “mero”nun rəisi elə ilk iş günündən sürücülük vəsiqəsinin qiymətini min manatdan yuxarı qaldırmaqla “bazar”ın qiymətini devalivasiyadan sonrakı dövürə uyğunlaşdıra bilib. Konkret olan mun 200 manat birdəfəlik ,dırnaqarası tariff rejimi müəyyənləşib.
Əslində yollarda təhlükəsizliyi təmin etmək Dövlət Yol Polisinin borcudur və bu qurum mümkün qədər çalışmalıdır ki, yollarda qəzalar və insan itkiləri azalsın. Dövlət yol polisi sürücülük hüququ alan vətəndaşların yol hərəkəti ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnməsində maraqlı olmalıdır.
Ancaq Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Mais Əhmədovu belə məsələlər düşündürmür. Rəisi düşündürən sürücünün savadlı, peşəkar olması deyil, daha çox pul qazanmasıdır. Ona görə də texniki peşə məktəbləri sürücülük şəhadətnaməsini vətəndaşa pulla satırlar, Bu proseslə bağlı bizə daxil olan məlumata görə, imtahanlar sözdə testdir. Burada düzlükdən əsər-əlamət yoxdur. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına min iki yüz , min beş yüz manat verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. İmtahan zalının yanında gəzişən maklerlərin çoxu texniki peşə məktəblərinin nümayəndələridir. Onlar imtahana gələn vətəndaşlarla təmasa girir, onlara imtahanın çətin olduğunu, sürücülük vəsiqəsinin azı min iki yüz manata başa gələ biləcəyini dırnaq arası “başa salırlar”. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir. Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində daha bir ciddi məsələ isə avtomobillərin texniki baxışı ilə bağlı olan siqnallardır. Avtomobillərin texniki baxışı zamanı bir çox nəqliyyat sahibləri, avtomobilləri saz olduğu halda incidilir, amma elə nəqliyyat vasitələri də olur ki, yola çıxmağı təhlükə mənbəyi olsa da, nədənsə texniki baxışdan keçirilir. Bütün bu işlərin nəticəsi yollarda naşı sürücülərin artmasına və eyni zamanda elə qəzaların da silsilə ilə çoxalmasına gətirib çıxardır. Özü də ağır qəzaların.deməli qəzaların qarşısının alınmasına birbaşa cavabdeh olan qurumlar elə qəzaların artmasına baiskar olurlar desək yanılmarıq. Xəbər kanalı olaraq yaxın günlərdə Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində baş verən daha bir neçə qanun pozuntularını da, sizlərin diqqətinə çatdıracağıq. Sonda hər birinizdən kanalımıza abunə olaraq xəbərlərimizi paylaşmağınızı, və bəyənməyinizi xahiş edirik.(Gundemxeber.Az)