Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Gəncə Tibb Mərkəzində şıdırğı vaksin alveri gedir? -Bəs hüquq mühavizə orqanları hara baxır?

 Dövlət tərəfindən ölkə vətəndaşlarına pulsuz verilən vaksinlər niyə satılmalıdır?
Yenixeber.org: Gəncə və Gəncə ətrafı regionların əhalisinə həm cərrahi, həm də terapevtik kliniki xidmət göstərilməkdə fəaliyyət göstərən “Yeni Gəncə” Tibbi Mərkəzinin icraçı direktoru vaksin alveri etməkdə ittiham olunur.
Bu haqda  redaksiyamıza “Yeni Gəncə” Tibbi Mərkəzindən olan mənbəmizin verdiyi məlumatda iddia edilir.
Belə ki, bu tibb ocağına rəhəbərlik edən Anestezioloq-reanimatoloq Dr.Mahir Babayev yeni doğulan körpələrin vaksinasiyası üçün yeni qazanc mənbəyi icad edib.Tibbi Mərkəzinindən olan qaynağımızın dediyinə görə Mahir Bayev tibb müəsissəinə rəhbərlik etdiyi vaxtdan bir az sonra Gəncə Gigiyena və Epidemiologiya Mərkəzindən pulsuz olaraq aldığı vaksinləri pasiyentlərə pulla satdırır.
Dr.M.Babayev tərəfindən “Yeni Gəncə”Tibbi Mərkəzinin doğum şöbəsinə göstəriş verilib ki, yeni doğulan körpələr evə buraxılarkən onlar vaksinə görə mütləq 22 manat pul ödəməlidirlər.Amma pasiyentlərə bu ödənişlə bağlı hər hansı bir qəbiz təqdim etmirlər.Lakin zəng etməklə doğum şöbəsindən sözügedən pasiyenti müəsisədən buraxılmasına icazə verilir.
Məlumat üçün qeyd edək ki, BSJ vaksini doğulandan sonra körpəyə ilk vurulan peyvənddir (4-cü-7-ci günlər arası vurulur). Həkimlər tövsiyə edirlər ki, BSJ uşağa məhz doğum evində, uşaq evə yazılmamışdan əvvəl vurulsun.
Redaksiya olaraq apardığımız araşdırmada o da məlum oldu ki, BSJ PEYVƏNDİ ölkəmizdə istehsal olunmadığından dövlət büdcəsi hesabına alınaraq respubilkamıza gətitilir.
Azərbaycan respubilkasının bütün hüdudlarında BSJ və ya digər adda olan bütün vaksinlər nəyin ki, azyaşlılara eləcə də digər kateqoriyadan olan bütün şəxslərə pulsuz vurulur.
Adı müxtəlif qalmaqallarda hallan bu tibb ocağının rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Gəncə və Gəncə ətrafı regionların əhalisinə tibbi xidmət göstərmək əvəzinə onlardan əlavə olaraq şəxsi mənfəətləri üçün vaksin satmaları mütləq hüquq mühavizə orqanları tərəfindən araşdırılmalıdır.
Məlumat üçün qeyd edək ki, “Yeni Gəncə”Tibbi Mərkəzinin doğum şöbəsində normal doğuş üçün qiymət 600 manat, keysər üsulu ilə 1300 manat təşkil edir.
Əlavə olaraq onu da qeyd edək ki, “Yeni Gəncə” Tibbi Mərkəzi “İNTERMEDSERVİS” MMC-nin tərkibindədir və onun təsisçilərindən biri keçmiş millət vəkili Əliyev İlham Əlisəftər oğludur.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.(Dünyanınsəsi.Az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam