Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Şahdağ Milli Parkı belə istismar olunur -PREZİDENTƏ MÜRACİƏT

 Yenixeber.org: Redaksiyamıza Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlunun  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub.
Müraciətdə deyilir:
Hörmətli cənab Prezident,
Mən-Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu, özümə məxsus fermer təsərrüfatım var və heyvandarlıqla məşğul olaraq bir neçə ailəni işlə təmin edirəm. Mənə məxsus heyvanları hər il yay aylarında bizim ərazi quraqlıq olduğu üçün İsmayılll rayonu Şahdağ Milli Qoruğuna yaxın ərazidə yerləşən rəsmi çıxarışla mənə məxsus olan yay otlaq sahələrinə aparıram. Həmin ərazidə qonşum saxta və kötüyü olmayan sənədlərlə yaylaq ərazisi əldə edən isə Göyçay rayonu Qarayazı kənd sakini Ağayev Ərziman Zeynal oğludur. Ərziman Ağayev hər il orada olan və adları qırmızı kitaba düşmüş müxtəlif növ ağacları kəsərək təbiətə külli miqdarda maddi zərər vurmaqla yanaşı təbiəti məhv edir. Hər il Ərziman Zeynal oğlu Ağayev vaxtilə torpaq şöbəsində işləyən həmkəndlisi Nofəl Fərzəliyevdən qanunsuz yollarla bazada qeydiyyatda olmayan saxta müqavilə əsasında həmin yay otlaq sahəsinə getmək üçün yol xəritəsi alır. Bu isə tamamilə qanunsuzdur. Mənim buna dair sübutlarım vardır. Hər il onun yaylaq ərazisində təbiətə vurduğu zərərə görə mən müxtəlif problemlər yaşayıram.
Keçən il isə Şahdağ milli qoruğuna məxsus bir baş ceyranı da Əhliman Ağayev tüfənglə atıb öldürmüşdür.
  
Cənab Prezident, onun Şahdağ Milli qoruğuna və təbiətə vurduğu zərərləri nəzərə alıb Ərziman Ağayevin müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiqdir. Bu səlahiyətlər isə Ekalogiya Nazirliyinin və rayon icra hakimiyyətinin səlahiyyətləri daxilindədir. Onun təbiəti necə  məhv etdiyini sübut edən görüntüləri video sübut olaraq təqdim edirəm.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam