Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Silahlı deputatlar -Güllə atmağı öyrənməyə nə qədər vaxt lazımdır?

Arzu Nağıyev: “Silahla davranış üçün 3-5 gün də kifayət edə bilər, 1 ay da...”

Deputat Fazil Mustafaya qarşı silahlı sui-qəsddən sonra deputatlara silah verilməsi məsələsi yenidən gündəmə gəlib. Bu arada isə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Fazil Mustafaya qarşı terror aktının arxasında İranın dayanması və bu hadisənin Tehranın sifarişi ilə törədilməsi barədə yazı dərc edib (“Report”).

Yenixeber.org: İnstitutun analitikləri bildiriblər ki, F.Mustafaya qarşı sui-qəsd həyata keçirmək istəyən və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi 4 şəxsdən 3-ü İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Qeyd olunub ki, hadisə Milli Məclisdə müzakirə olunan zaman da azərbaycanlı deputatlar terror aktına görə İranı günahlandırıblar. Yazıda həmçinin İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanatına toxunulub. “Bəyanat Tehran və Bakı arasında bir neçə gündür artan gərginlikdən sonra verilib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koenin müzakirəsini pisləyib”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Xatırladaq ki, terror hücumu ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir - FOTO

Artıq terror aktının sifarişçisi və icraçıları müəyyən edilib. DİN və DTX-nin birgə səyləri ilə aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan 4 nəfər tutulub. 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərova görə, terror fərdlərin, dövlətlərin insana qarşı yönəltdiyi düşmənçilikdir: “Bura insanları qorxutmaq və onlara əziyyət verməyin bütün formaları, haqsız yerə başqasını qorxutmaq və öldürmək, yaşayış yerlərini və yolları xarabalığa çevirmək, yol kəsmək, şiddətə aparan bütün əməllər daxildir. İnsanları qorxu içərisində yaşamağa vadar etmək və qorxutmaqla onlara  əziyyət vermək, onların həyatına, azadlığına və əmin-amanlığına təcavüz etmək, ətraf mühitə, xüsusi və dövlət mülkiyyətinə zərər verməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsi terrorçuluq adlanır. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə görə 10 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, təkrar törədildikdə, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur. İşin hallarına uyğun olaraq ömürlük həbs cəzası da verilə bilər”.

Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli  deyil - 03.03.2023, Sputnik Azərbaycan

Arzu Nağıyev

Baş vermiş sui-qəsddən sonra deputatlara silah paylanması məsələsinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin münasibətini öyrəndik. Deputat  dedi ki, hər bir parlamentari silah gəzdirməkdə sərbəstdir: “Mülki və xidməti silahın gəzdirilməsi ilə bağlı müvafiq qanun var. ”Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 12-ci maddəsinə uyğun olaraq hər bir deputat silah gəzdirə bilər. Bu silahı gəzdirmək üçün Daxili İşlər Nazirliyinin müvafiq strukturuna müraciət olunmalıdır. Psixi sağlamlıq haqda arayış alınmalıdır. Həmin müraciətə uyğun olaraq deputat silah və 16 ədəd nömrələnmiş patronla təmin edilir".

Deputat deyib ki, silahla davranış, silahdan atəş açma vərdişlərinə yiyələnmək də fərdi məsələdir: “Elə insanlar var ki, silahla çox rahat şəkildə davrana, nişan alıb atəş aça bilirlər. Elə insanlar da var ki, uzun müddət silahla davranmağı öyrənə bilmirlər. Yəni konkret müddət demək ki, silahla davranış üçün 3-5 gün, 1 ay vaxt lazımdır, bu mümkün deyil. Deputata silah özünü müdafiə üçün verilir. Deputatlardan kim silah götürmək istəsə, Daxili İşlər Nazirliyinə müraciət edə bilər”.

Millət vəkilin sözlərinə görə, silahla Milli Məclisin iclaslarına, məhkəmə salonlarına daxil olmaq qadağandır: “Hər bir halda silah deputat tərəfindən müvafiq qaydada nəzarətçiyə təhvil verilməlidir. Deputat silah aldıqdan sonra DİN-nin müvafiq təlimatlarına uyğun qaydada prosedurdan keçməli və silahla davranış qaydalarını bilməlidir. Bu, əsas məqamlardan biridir. Bu proses qanunla tənzimlənir. Silah gəzdirmək deputatın özündən asılıdır. Bu barədə heç kimə qadağa qoyulmayıb”.(musavat)

E.MƏMMƏDƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam