Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Hacıqabulda su anbarı quruyub, beş kəndin təsərrüfatında suvarma problemləri yaranıb -FOTOLAR

Hacıqabul rayonunda su anbarı quruyub və beş kəndin təsərrüfatında suvarma problemləri yaranıb.

Yenixeber.org: Bu barədə kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, Rəncbər, Qubalı Baloğlan, Atbulaq, Nəvahi və Qızılburun kəndlərində 7200 hektar əkinə yararlı sahə mövcuddur.

Sakinlər bildirib ki, hər il bu ərazinin 3200 hektarında taxıl əkilsə də, 90 faizi susuzluqdan məhv olub gedir. Odur ki, kənd sakinləri 5 ildən artıqdır əkinçilikdən imtina etdiklərini söyləyiblər.

 

Kənd camaatı deyib ki, sözügedən yaşayış məntəqələrində əhalinin əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Amma onların hər il sahibi olduqları pay torpaqlarında taxıl və yonca əkmələrinə baxmayaraq, cücərmiş bitkilər susuzluqdan yanır.

Sakinlərin sözlərinə görə, əkin sahələrini suvarmaq üçün yeganə ümid yeri Pirsaat su anbarı olub. Amma 60 il bundan öncə istismara verilən su anbarında indi su yoxdur. Çünki son illər havaların quraq keçməsi nəticəsində su anbarı quruyub və buna görə də yaşayış məntəqələrində su qıtlığı yaranıb.

Yerli əhali bildirib ki, bu barədə aidiyyəti qurumlara məlumat versələr də, onların müraciətləri nəticəsiz qalıb.

Sakinlər qeyd edib ki, bir neçə il bundan əvvəl Pirsaat su anbarını fasiləsiz olaraq su ilə təmin etmək üçün Kür çayından Hacıqabul gölünün yaxınlığına kimi beton kanallar çəkilib. Hətta su nasos stansiyası da tikilib. Həmin nasos stansiyası vasitəsilə Pirsaat su anbarına su vurulması nəzərdə tutulub. Amma bununla bağlı işlər yarımçıq qalıb.

 

Hacıqabul Rayon Suvarma Sistemləri idarəsindən bildirilib ki, Pirsaat su anbarı quruduğundan sözügedən kəndlərdə vəziyyət doğrudan da acınacaqlıdır: "Bir neçə il bundan qabaq Kür çayından su anbarına yeni xətlərin çəkilişinə başlanılsa da, sonradan hansı səbəbdənsə işlər yarımçıq qalıb. Bu barədə yuxarı qurumlar məlumatlandırılıb".

Məlumatda həmçinin vurğulanıb ki, yaxın vaxtlarda tikintisi yarımçıq qalmış işlərin davam etdiriləcəyi ehtimal olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam