Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır - FOTOLAR

Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır - FOTOLAR

 

Prezidentin tapşırıq və göstərişlərinə əsasən Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır

 

Xeberinfo.com:  Füzuli rayon İcra Hakimiyyətində strateji məhsul olan taxılçılığın inkişafına həsr olunan müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun kənd təsərrüfatı üzrə aidiyyəti idarə, müəssisə və təşkilatları, bələdiyyələr, fermerlər və taxıl istehsalçıları iştirak etmişdir.

Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqlarının Füzuli rayonunda uğurla icra olunduğunu, ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayonda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirildiyini, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görüldüyünü bildirib.  

Alı Alıyev qeyd edib ki, aqrar rayon olan Füzuli yarandığı gündən iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etmişdir. “Hələ Sovetlər dömənində Füzuli rayonu taxılçılıqda qazandığı yüksək nəticələri ilə respublikada digər rayonlarından fərqlənmiş, bu sahədə özünəməxsus yeri olmuşdur. Rayonun taxıl istehsalçılarından 4 nəfər əldə etdikləri yüksək nəticəyə görə SSRİ-nin ən ali fəxri adına Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Müstəqillik illərində də bu  sahənin inkişafına xüsusi diqqət yetirilmiş, strateji məhsul olan taxılçılıqda yeni sortlar, məhsuldarlığa  təsir göstərən mineral gübrələr əldə edilmiş, taxıl istehsalı ildən-ilə artırılmışdır. 2001-2016-cı illər ərzində rayonda  1 miliyon 100 min tondan çox taxıl istehsal olunmuş, hektarların məhsuldarlığı 15-18 sentnerdən 35-37  sentnerə çatdırılmışdır.”

Rayonun strateji məhsul olan taxılçılıqla bağlı son altı ildəki nəticələri barədə danışan Alı Alıyev qeyd etmişdir ki, son altı ildə rayonda 650 min tondan artıq taxıl istehsal olunmuş, Füzuli rayonu respublikamızda hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrlmişdir. Taxıl istehsalçılarımız bu iltehsal olunan 121 min ton nəticəsini də son hədd hesab etmirlər.

“Sözsüz ki, əldə olunan uğurlu nəticələrdə iri taxılçılıq təsərrüfatlarının xüsusi rolu olmuşdur. Rayonun Haramı adlanan ərazisində yaradılmış Kraunko adlı taxılçılıq təsərrüfatı əldə etdiyi yüksək nəticələri ilə daima seçilmişdir. Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda bu il ilk dəfə olaraq hər biri 1000 hektar sahəni əhatə edən 4 iri  taxılçılıq təsərüfatı yaradılmışdır. Füzuli rayonu yaxın bir neçə ildə taxıl istehsalını hər  hektarın  məhsuldarlığını artırmaq şərti ilə 130-150 min tona çatdırmağı qarşısına məqsəd qoymuşdur.”-deyə Alı Alıyev vurğulamışdır.

Bildirmişdir ki, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq yaradılan iri taxılçılıq təsərrüfatlarında aqro texniki tədbirlərin həyata keçirilməsinə yerli mütəxəsislər cəlb olunacaq, həmin təsərrüfatlarda yüzlərlə məcburi köçkün işlə təmin olunacaq, onların sosial-rifah halları yaxşılaşdırılacaqdır. Həmin təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli taxıl Dövlət Taxıl Fonduna tədarük olunacaqdır.  

 

Müşavirədə çıxış edənlər Prezident cənab İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonu ərazisində də iri taxılçılıq təsərrüfatlarının yaradılmasını müsbət qiymətləndiriblər. Qeyd ediblər ki, rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması həm iqtisadi cəhətdən daha artıq gəlir əldə edilməsinə, həm də daha çox insanın bu sahənin hesabına məşğulluğunun təmin olunmasına səbəb olacaqdır. 

Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır - FOTOLAR
Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır - FOTOLAR
Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır - FOTOLAR
Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam