Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

İranda 5 mindən çox tələbə zəhərlənib –Səbəbi nədir?

Yenixeber.org: Bu barədə İran parlamentinin zəhərlənmə işləri üzrə istintaq komissiyasının üzvü Məhəmməd Həsən Əsferi açıqlama verib.

Asferi zəhərlənənlər arasında qız tələbələrin sayının üstünlük təşkil etdiyini bildirib: “Zəhərlənmələrin nədən qaynaqlandığı və necə meydana gəldiyi ilə bağlı araşdırmalar davam edir. Hələlik bunun nə olduğu və necə yayıldığı ilə bağlı dəqiq məlumatımız yoxdur. Araşdırmaların nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə məlumat veriləcək”.

Səbəbi hələ dəqiq açıqlanmayan zəhərlənmə halları ilə bağlı rəsmilər qeyd edib ki, məktəblərdə istifadə edilən zəhərin tərkibində N2 (diazot) qazının olduğu müəyyən edilib.

Rejim əleyhdarlarının iddialarına görə, İran administrasiyası daxilində qadınların rəhbərlik etdiyi Məhsa Əmini nümayişlərinin qisasını almaq istəyən bəzi radikal qruplar var.

Tehran administrasiyasına yaxın mənbələr isə hadisənin arxasında xalqı administrasiyaya qarşı qızışdırmaq məqsədi daşıyan rejim əleyhdarı ünsürlərin dayandığını iddia edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam