Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəstə uşaqların həyatı ilə oynayan ”Urmedhelp” MMC-nin direktoru Nuridə Seyidova kimdir? –Hüquq-mühafizə orqanlarının diqqətinə

 Yenixeber.org: Bir neçə gün öncə Şəki rayonunun Cumakənd kənd sakini Vüqar İsayev, Qəbələ rayonundan olan Tural Nəsmiyev  və 10 yaşlı xəstə Nuriyev Hüseynin atası Elman Nuriyev tərəfindən kömək məqsədi ilə ölkə başçısı İlham Əliyevə və aidiyyatı dövlət qurumlarına ünvanlaığı müraciəti ictimailəşdirmişdik. Müraciətdə vətəndaşlar xəstə övladlarının xaricdə əməliyyat olunacağını təşkil edən “My Doc Tour” MMC-nin və ” Urmedhelp” MMC-nin direktoru Nuridə Seyidova tərəfindən aldadıldıqlarını bildirir, külli miqdarda pullarının geri qaytarılmasını tələb edirlər.

Sözügedən müraciət elektron media resurslarında yayıldıqdın sonra xəstə uşaqların valideynləri dünən Nuridə Seyidovanın ofisində olublar. Şikayətçilərin dediyinə görə Nuridə Seyidova ofisdə olmadığında onlar Aynur adlı xanımla danışıblar. Ofisdə olarkən Aynurun Vilayət adlı xəstənin nənəsi ilə danışığını lentə alıblar. Məlum olub ki, Vilayət tanınmış müğənnilərdən birinin qohumudr. Deyilənə görə xanım müğənni Nuridəyə Seyidovaya zəng edib, onu törətdiyi cinayətə görə məsləni lazımi yerlərdə qaldıracağını deyib. Nuridə Seyidova bundan sonra qorxub 15 000 ABŞ dollardan yalnız 10 000 dollarını 13 fevralda geri qaytarıb.

Nuridə Seyidova şikayətçi  Vüqar İsayevlə də telefonla danışıb. Xanım deyib ki, niyə sən mənim şirkətlərimin adını saytlarda hallandırıbsan. Tez elə onları sil-deyə tələb qoyub. Guya, yoxsa onun pulunu qaytaracaqmış. Vüqar da pulu qaytar sildirim – deyib. Nuridə Seyidova da xəstə uşağın valideyni ilə razılaşmayıb.
Şikayətçilərin sözlərinə görə hazırda valideynlər bilmirlər ki, pullarını necə geri qaytarsınlar. Nuridə Seyidova da bu yazılardan sonra ofsə gedə bilmədiyini deyib. Valideynlər də onu təqib edirlər tapa bilmirlər, ofisdən hələlik qaçıb gizlənir.

Söz verdiyimiz kimi bütün bu məlumatlar əsasında araşdırmalara başladıq. Məlum oldu ki, “My Doc Tour” MMC  və ” Urmedhelp” MMC-lərin sosial şəbəkələrdə səhifələri mövcuddur. Həmin səhifələrdə diqqət çəkən bəzi məqamları diqqətinizə çatdırırıq.

” Urmedhelp” MMC nin http://www.urmedhelp.com/az/ saytında təbabətin demək olar ki, bütün sahələri üzrə dünyada klinika və həkimlərin axtarışı xidmətinin göstərildiyi yazılır. Saytda daha çox Türkiyənin tanınmış klinikalarının və Türkiyə, Gürcüstan, Almanıya, Rusiya kimi ölkələrdə çalışan həkimlərin şəkilləri də yerləşdirilib. “Necə işləyirik” bölümündə isə yazılır.

1. Siz bizimlə əlaqə saxlayırsınız və ya sayta sorğu yerləşdirirsiniz

2. UMH-nin həkim-kordianatoru informasiya əldə etmək üçün sizinlə əlaqə saxlayır. ( Sizin şikayətləriniz, təklifləriniz, tibbi sənədləriniz və s.)

3. UMH-nin həkim-kordianatoru sizin istəklərinizi və ehtiyaclarınızı nəzərə alaraq sizə müalicə proqramını göndərir.

4. UMH-nin həkim-kordianatoru sizinlə müalicə proqramını razılaşdırır və səfərin təşkilinə kömək edir. ( Viza dəstəyi, uçuş, transfer və s.)

5. UMH-nin həkim-kordianatoru siz evə dönənə qədər müalicənin bütün mərhələlərində sizi onlayn müşayiət edir.

” Urmedhelp” haqqında məlumatlar “Facebook” sosial şəbəkəsində də var. https://www.facebook.com/urmedhelp səhifəsində 13 bəyənmə, 15 izləyici var. Amma buna baxmayaraq səhifə müxtəlif xəstəliklərin müalicə olunması ilə bağlı reklam xarakterli məlumatlar və videolarla doldur. Səhifədən belə məlum olur ki, ” Urmedhelp” uşaqlarla yeni il şənliyi təşkil edir, talasemiya xəstəliyindən əziyət çəkən xəstə uşaqları sevindirirlər. Bütün bunlar sösial şəbəkələrdə olduğu kimidirmi? Elə bu səhifədə yuxarıda qeyd etdiyimiz, Nuridə Seyidovanın 13 fevralda 10 min dollar pulunu qaytardığı məşhur müğəninin qohumu Vilayətin güya Türkiyədə müalicə alaraq sağlam geri qayıtdığı barədə məlumatı da görmək olar. Əgər Vilayət sağlam şəkildə geri qayıdıbsa, Nuridə Seyidova 10 min dolları niyə geri qaytarıb?

Bir sözlə sosial şəbəkələrdə ” Urmedhelp” haqqında kifayət qədər reklam xarakterli, inandırıcı məlumatlar var. Çox güman ki, bunlar daha çox xəstə cəlb etmək üçün hesablanıb. Bəlkə də reklam etdikləri xəstəxanaların  ” Urmedhelp” haqqında haqqında heç məlumatları belə yoxdur.

Sosial şəbəkələrdə “My Doc Tour” MMC və ” Urmedhelp” MMC haqqında daha da çox məlumatlar tapmaq olar. Bəs rəsmi qurumların məlumatlarında bu MMC-lərin fəaliyyəti barədə nələr göstərilir?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MY DOC TOUR” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri  Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 14.09.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ  NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev 92, m. 34,  qanuni təmsilçisinin isə Nurida Seyidova olduğu göstərilir.

“Vergilər! qəzetinin 31 oktyabr 2018-ci il tarixli kommersiya qurumlarının dövlət reyestri məlumatları xüsusi buraxılışında “MY DOC TOUR” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nurida Seyidovanın Özbəkistan Respublikası vətəndaşı olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “URMEDHELP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 15.09.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  ABŞERON RAYONU, MEHDİABAD QƏSƏBƏSİ, BİNƏQƏDİ GƏNCLƏR ŞƏHƏRCİYİ, ev 22, m. 56,  qanuni təmsilçisinin isə Nurida Seyidova olduğu göstərilir.

Bunlardan başqa Nurida Seyideva Özbəkistan Respublikasının vətəndaşı kimi Azərbaycanda başqa bir MMC-də yaradıb. Sosial şəbəkələr üzərində apardığımız axtarışlarda Nurida Seyidovanın Qazaxstanda yaradılmış, təbii məhsullaın onlayn çatdırılması ilə məşğul olan eyni adlı bir şirkəti burada da yaradıb. Amma istəyinə nə qədər nail olub, hələlik heç bir məlumat tapa bilmədik.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GREEN BEE” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri  Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 28.07.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 12 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NƏSİBBƏY YUSİFBƏYLİ , ev 25/27,  qanuni təmsilçisinin isə Nurida Seyidova olduğu göstərilir.

Sosial şəbəkələr üzərindən apardığımız araşdırmalardan və xəstə uşaqların şikayətçi valideynlərinin bizə verdiyi məlumatlardan belə çıxır ki, Nurida Seyidova mütəşəkkil bir cinayətkar dəstəyə ya başçılıq edir, ya da üzvüdür. Onlar xəstələri müalicə adı altında pullarını ələ keçirir, sonra isə reklam etdikləri kimi heç bir iş görmürlər. Xəstə uşaqların valideynləri bildirir ki, onlar əvvəlcə Antaliya şəhərində yerləşən “Medical Park” xəstəxanası ilə əlaqə yaradıblar. Oradan Bakıda Aynur xanımla əlaqə saxlamağı tövsiyyə ediblər. Aynur xanım isə xəstələri ” Urmedhelp”  MMC-nin  yaradıcısı, qanuni təmsilçisi, direktoru və nə bilək daha nəyi olan Nurida Seyidova ilə calaşdırıb. Nuridə Seyidova isə öz növbəsində xəstə uşaqların valideynlərini aldadaraq onlardan külli miqdarda pul almış və heç bir uşağın müalicəsini təşkil etməmişdir.

Buradan ortaya bir sıra suallar çıxır. Nuridə Seyidova nə üçün xəstələrin müalicə pulunu manatla deyil, dollarla alıb? Həmin pullar adıçəkilən xəstəxanaların hesabına köçürülübmü? Vergi məlumatlarında Özbəkistan Respublikasının vətəndaşı kimi göstərilən bu xanımın əsl məqsədi xəstə uşaqların müalicəsini təşkil etmək olub, yoxsa ölkədən kənara valyuta çıxarmaq? Şikayətçi valideynlərin yazdıqlarına görə Nuridə Seyidovanın aldatdığı valideynlərin sayı hələlik məlum olanı 18 nəfərdir. Üst- üstə Nuridə Seyidovaya 1 ildən artıq vaxt ərzində cəmi 304 000 ABŞ dolları pul ödənilmişdir. Son 1 il 4 ay ərzində kimsənin xəstə övladını Türkiyəyə əməliyyat üçün göndərməmişdir. Bəs bu pulları Nuridə Seyidova hara xəcləmişdir? Ola bilərmi ki, pullar xarici banklardan birində kiminsə hesabına köçürülmüşdür? Elə yuxarıda qeyd etdiyimiz sayta yerlədirilmiş məlumatda da göstərilir ki, MMC müalicə proqramını razılaşdırır və səfərin təşkilinə kömək edir. ( Viza dəstəyi, uçuş, transfer və s.) Viza, uçuş təşkili aydın məsələdir. Bəs transfer? Türkiyədəki xəstəxanadan uşaqların valideynlərinə heç bir pulun köçürülmədiyi bildirilib. Bəs onda Nuridə Seyidova xəstə uşaqların valideynlərindən aldığı dollarları hara transfer edib?

Bütün bu kimi suallara cavab almaq üçün respublikanın hüquq-mühafizə orqanlarının dərhal hərəkətə keçməsi lazımdır. Əks təqdirdə Nuridə Seyidova xəstə uşaqların valideynlərindən topladığı pullarla ölkəni tərk edə bilər. Onsuz da, o şikayətçilərdən gizlənməkdədir.

Mövzuya bir daha qayıdacağıq. Çünki, Nuridə Seyidovanın aldadaraq pullarını aldığı şikayətçilərin sayı arta da bilər.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam