Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Məhsəti Hüseynova:“Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına silahla maneə yaradırlar”

 

“Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına öz silahları ilə maneə yaradırlar və monitorinq keçirməyə imkan vermirlər”.

Yenixeber.org: Bunu Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova deyib.

Hazırda Laçın dəhlizində keçirilən aksiyanın davam etdiyini söyləyən ictimai fəal əlavə edib ki, bu addımı ermənilərin Qarabağda törətdikləri ekoloji terrora son qoymaq üçün atıblar: “30 illik işğal dövründə həm xalqımız, həm də ekologiyamız böyük zərər görüb. Düşmənlərimiz ağacları kəsməklə, eyni zamanda qızıl, mis-molibiden yataqlarının qanunsuz istismarı ilə ekoloji terroru davam etdirirlər”.

“Biz ölkəmizi sevən və onun ekologiyasını qorumağa çalışan QHT-lər olaraq bu gün monitorinq tələbi ilə buradayıq. Sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüş tələb etsək də, bir neçə saatdır ki, nə o, nə də aidiyyəti üzrə şəxslər bizim görüşümüzə gəlməyib. Biz gücümüz çatdığı qədər burada qalacağıq, yetər ki, onlar bizim tələblərimizə cavab versinlər. Bunun üçün də çadırlar qurub, hazırlıqlar görmüşük”,- M. Hüseynova vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam