Vidadi İsayev Bərdəni vandalcasına söküb-satır(?)-FOTOFAKT
Yenixeber.org: İcra başçısı Vidadi İsayevin rəhbərliyi ilə Bərdə rayonunda, xüsusi ilə də rayon mərkəzində ciddi qanun pozuntuları ilə müşahidə olunan əməllər-müqəddəs məkanların hansısa maraqlar qarışılığında sıradan çıxarılması, satılması ilə bağlı məlumatlar dolanır. Bu haqda rayon sakini Anar Shahbazov öz FB səhifəsində geniş yazıb:
"Yaşadığım Bərdə rayonunda 2011 ci ildən indiyə qədər baş verən talançılıqlar, özbaşınalıqlar bunu deməyə əsas verir ki, Bərdə rayonu tamamən unudulub, yadlaşıb. Uşaqlıq dövründə də hava haqqında məlumat veriləndə Bərdənin adı çəkilmirdi. Elə mərkəzi aran rayonu kimi qeyd edilirdi.
Gəlirəm əsas məsələyə.
Şəhəri gəzdikcə dolaşdıqca son 11 ildi Bərdə rayon İcra hakimiyyətinin başısı Vidadi İsayevin şəhərin baş arxitektur planına zidd olaraq satdığı obyekt yerlərinin yaratdığı sıxlıq, qarma-qarşıqlıq Bərdəni yaşanmaz hala gətirib. Vidadi İsayev də, əlinin üstündə əl olmadığından ruhlanaraq əlinə nə keçdi satıb sovur.
Məsəlçün sovetlər ittifaqı dövründə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bərdə şəhərində inşa edilmiş möhtəşəm mədəniyyət sarayı vandalcasına söküldü, məhv edildi indi yerində 2 ədəd butka var.
20 Yanvar şəhidlər xiyabanı söküldü, icra başcısı Vidadi İsayevin sürücüsünün adına rəsmləşdirildi. Düzdü bu həvəsləri qursaqlarında qaldı bu tamahkar xain əclafların. Bərdəlilər şəhidlərin haqqın müdafiə edərək bu erməni soyluların həvəsin gözlərində qoydu.
Ancaq nə olsun? Yenə də 20 Yanvar xiyabanın yeri xarabalıqdı və sahibsiz itlərin oylağına çevrilib.
Bütün bu vəhşiliklər, dövlətə vətəndaşa qarşı edilmiş bu əclaflıqlara heç bir hüquqi qiymətin verilməməsi RİH başcısını daha da ruhlandırdığından Vidadi İsayev indi də “Qarabağ Kanalının” Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində, kanalın mühafizə zolağına aid olan hissəsini, magistral yolun mühafizə zolağına aid olan hissəsini də satıb Kəlbəcərin məktəb direktoruna və burada qanunsuz tikinti apararaq dövlət əhəmiyyətli infrastrukturu ciddi təhlükə riskinə qoyur.
İndi sual verirəm sənə Vidadi İsayev: Bəlkə bu torpaqlar dədəndən babandan sənə miras qalıb xəbərimiz yoxdu?
Amma birdən səni heç qınamıram. Öz-özümə deyirəm ki, bu adam “Asdı” dövləti də dişinə vurub, bərdəliləri də. 20 Yanvar şəhidlər xiyabanın dağıdanda və cəzasız qalanda sənin hələ çox hoqqalardan çıxacağın bəlli idi.
Asan Xidmətin sağ tərəf asfaltı bərbad halda, şəhər zibilin içində, küçə işıqlanması yox səviyyəsində, daha nələr sadlayaq və ya sadalamağımın nə mənası var.
Onsuz da sizdə olan gönə təsiri yoxdu. Ya şəhidlər xiyabanın satdın ya namusunu, ya dövlət marağını satdın ya şərəfini.
Namussuz həmişə namussuzdu. Gendən gəlir qandan gəlir. Əvvəllər elə zənn edirdim ki, namus qeyrət deyilən məfhum təkcə ermənilərdə olmur.
Sonradan dəqiqləşdirdim ki, hə elə erməni olmaq namussuz, qeyrətsiz, əclaf və xain olmaq deməkdir!
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.