Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Vidadi İsayev həbsin kandarında-seçki cinayətinə görə

Vidadi İsayev seçki cinayətinə görə həbsin kandarında

 

Seçki saxtakarlığı Vidadi İsayevin karyerasını bitirə bilərFevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı ciddi araşdırma aparılacaq. 

Yenixeber.org: Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Mediada yayılan məlumatlara görə, MSK-ya edilən şikayətlər, sosial şəbəkələrdə qanun pozuntuları ilə bağlı yayılan məlumatlar təsdiqini tapacağı təqdirdə bu işdə əli olanlar cəzalandırlacaq.Bu halda Bərdənin icra başçısı Vidadi İsayevin də karyerasına təhlükə yarana bilər. Çünki daha çox qanun pozuntuları və saxtakarlıq faktları 94 saylı Bərdə şəhər və 95 saylı Bərdə kənd seçki dairələrində qeydə alınıb. Vidadi İsayev bu dairələrdə Fatma Yıldırım və Zahid Orucun qalib gəlməsi üçün bütün üsullardan istifadə edib. Bu barədə mətbuatda da kifayət qədər materiallar dərc olunub. Hətta MSK Vidadi İsayevin qanunsuzluğu üzündən Fatma Yıldırıma xəbərdarlıq edib.

Araşdırmalar nəticəsində bəlli olub ki, icra başçısı yol çəkdirərək bunu Fatma Yıldırımın aktivinə yazıb. Bununla bağlı sosial şəbəkələrdə video da paylaşılıb. Bundan sonra MSK hərəkətə keçib və müvafiq tədbir görülüb.Bununla belə, Vidadi İsayev qanunsuz əməllərini davam etdirib. Seçki günü hər iki dairədə ciddi qanun pozuntuları qeydə alınıb və bununla bağlı MSK-ya şikayətlər olunub.Yada salaq ki, növbədənkənar parlament seçkiləri Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyasının tərkib hissəsi idi. Bunu ölkə başçısının özü də bəyan etmişdi. Yeni parlamentin formalaşdırılması islahatların daha da sürətləndirmək məqsədi daşıyırdı. Bu baxımdan, hakimiyyətin zirvəsində növbədənkənar parlament seçkilərinə ciddi ğönəm verilirdi. Hətta Yeni Azərbaycan Partiyasının namizədlərinin belə, qapı-qapı gəzərək kampaniya aparması göstərirdi ki, hakimiyyətin zirvəsi seçkilərin şəffaf keçirilməsində maraqlıdır.Bütün bunları nəzərə alsaq, seçkidə qanun pozuntularına yol verən məmurlar və komissiya üzvlərinin islahatları sabotaj etdiyini söyləmək olar. Bunun cəzası isə ağır ola bilər. Vidadi İsayevin də bu baxımdan narahatlıq içində olduğunu, Bərdə də baş verən seçki saxtakarlığı barədə məlumatların yayılmasını əngəlləməyə çalışdığı bildirilir.(anaxeber)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam