Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Səudiyyə Ərəbistanı polisi işsiz qalıb -daha küçədə insanları saxlayıb qamçılaya bilmirlər

Səudiyyə Ərəbistanında hamıya dəhşət saçan, qadınları və kişiləri ticarət mərkəzlərindən qovan, bir-birilə söhbət edən qarşı cinslərin nümayəndələrini təhqir edən polislərin bədnam şöhrəti hər kəsə məlumdur.

Yenixeber.org: İndi həmin polislər son illərdə bəzi sosial məhdudiyyətlərin, xüsusilə qadınlarla bağlı bir sıra qadağaların götürülməsindən şikayətçidirlər.

“Mənim yasaqladığım hər şeyə indi icazə verilir, ona görə də işdən çıxdım”,-deyə polislərdən biri AFP agentliyinə danışıb.

Qeyd etmək lazımdır ki, Səudiyyə Krallığında ictimai əxlaqı qoruyan məmurlar Fəziləti Təbliğ Etmək və Çirkinliklərə Qarşı Mübarizə Komissiyasına (qısa adı Mütəvva) tabedirlər. Onların əsas vəzifəsi ölkədə İslam əxlaqının qorumasına nəzarət etməkdən ibarətdir.

Qanun bu polislərə narkotiklərin qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılıqla mübarizədən tutmuş sosial davranışlara nəzarətə qədər hər cür səlahiyyəti verir.

Lakin 2016-cı ildən bu yana neftlə zəngin ölkədə bir sıra yasaqlar artıq götürülüb. Indi qadınlara maşın sürməyə, idman yarışlarını izləməyə, həyat yoldaşları ilə bilrikdə konsertlərə getməyə, himayəçi olmadan pasport almalarına icazə verilir.

“Əvvəllər Səudiyyə Ərəbistanında ən avtoritetli orqan Mütəvva sayılırdı, indi isə Baş əyləncələr idarasi daha əhəmiyyətli hesab olunur”,-deyə polis zabiti sarkazmla qeyd edib.

Polisin bu istehzasına əsas səbəb ötən il Səudiyyə Ərəbistanında avtomobil yarışlarının qran-prisinin keçirilməsi və burada Kanadanın pop ulduzu Castin Biberin çıxış etməsi olub.

Səudiyyəli yazıçı Səud əl-Katib “Mütəvva”nın hakimiyyətinin azaldılmasını mühüm və radikal dəyişiklik saydığını bildirib.

Agentliyin danışdırdığı, Ər-Riyad küçələrində sakitcə siqaretini çəkən Lama adlı qadın da həmin polislərə görə “göz yaşı tökmədiyini” deyib. “Bir neçə il bundan öncəyə qədər bütün bunları ağlımıza gətirə bilməzdik. Bizi sadəcə ağacla döyürdülər”,-deyə o, bildirib.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam