Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir

 


 Yenixeber.org: Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqları satışı ilə məşğul olan şirkətlər var.
Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir. Ən çox şikayət olunan isə “Kontakt Home” mağazalar şəbəkəsidir.
“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb.
 Bildiririk ki, bəhs edilən şirkətlə bağlı müştəri məmnuniyyətinə rast gəlmək bomboz səhrada su tapmaq qədər müşkül məsələdir.
Səbəb isə çox sadədir. Müxtəlif, aldadıcı reklamlarla müştəriləri özünə cəlb edən şirkət məhsulu müştəriyə satdıqdan sonra məsuliyyətdən boyun qaçırır. Məhsul xarab olduqda “Kontakt Home” tərəfindən verilən qızıl zəmanət də heç bir işə yaramır.
Başqa bir şikayət “Kontakt Home”-dan alınan məhsulların keyfiyyəti ilə əlaqədardır. Bir neçə vətəndaş kifayət qədər yüksək qiymətə aldıqları məhsulun keyfiyyətsiz çıxmasından şikayətlənirlər. Hətta bir çox  vətəndaşlar KİV-lərə etdikləri şikayətlərdə  bu mağazadakı məhsulların işlənmiş məhsullar olduğunu da iddia ediblər.
Bildiririk ki, “Kontakt Home” barəsində istər sosial şəbəkələrdə, istərsə də dövrü mətbuatda kifayət qədər şikayətə rast gəlmək mümkündür. 
Düşünmək olardı ki, ölkə və vətəndaşlar üçün bu ağır günlərdə “Kontakt Home” öz mənfi imicindən yaxa qurtaracaq. O biri şirkətlər kimi humanist addım atacaq. Məsələn “İrşad” Telekom karantinlə bağlı vətəndaşlara doğru addım ataraq kredit ödənişlərini müvəqqəti dayandırıb.
Bununla da prezidentin “evdə qal” çağırışlarına dəstək verib.
“Kontakt Home” isə ziyan haqda fikirləşmək belə istəmir, krediti gecikdirənlərə güzəşt etmək fikrində deyil. Bu şirkəti mənfəətdən başqa heç nə maraqlandırmır-nə dövlət, nə onun çağırışları, nə də vətəndaşlar.(sabahnews.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam