Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Məşhur şirkətlə bağlı böyük qalmaqal: -Müştərilər etiraza başladı

Məşhur şirkətlə bağlı böyük qalmaqal: Müştərilər etiraza başladı

Facebook sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları “Müştəriyəm, şikayətim var” qrupu satılıb.

Yenixeber.org: Qrup bir müddət əvvəl satılsa da, bu məlumat gizli saxlanılıb. Bu günlərdə isə bəlli olub ki, həmin şikayət qrupunu “Kontakt Home” şirkəti alıb. Buna səbəb qrupda ən çox şikayətin məhz bu şirkət haqda olmasıdır. Problemlərin ictimailəşməsinin qarşısını almaq üçün “Kontakt Home” rəhbərliyi çıxış yolunu həmin qrupu almaqda görüb. Qrupun hansı qiymətə satılması bəlli deyil və əslində hazırda qrupda edilən saxtakarlığın yanında qiymətin nə olması o qədər də əhəmiyyətli deyil. 

Sən demə şirkət rəhbərliyinin qrupu almaqda niyyəti təkcə özlərinə qarşı tənqidlərin qarşısını kəsmək deyilmiş. Orada son bir neçə gündə paylaşılan şikayətlərə baxdıqda görmək olur ki, həm də “Kontakt Home”a rəqib olan şirkətlərlə bağlı məqsədli olaraq qaralama kampaniyaları aparılır. Şirkətin özü ilə bağlı şikayətlər isə demək olar ki, qrup adminləri tərəfindən əngəllənib.

Şirkətin belə bir addım atması sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Hazırda onlarla tanınmış şəxs qrupu tərk etdiklərini bildiriblər. Üstəgəl rəqib şirkətlərin rəhbərləri və hüquqşünaslar qrupda əks-təbliğatın ölkə qanunvericiliyinə zidd oluduğunu bildirirlər. Əgər bununla bağlı məhkəmə iddiası qaldırılarsa, o zaman “Kontakt Home”a qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər. (yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam