Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

"Gəncədəki terrorun arxasında xaricdəki bəzi qruplar dayanır"-Mübariz Qurbanlı

"Gəncədəki terrorun arxasında xaricdəki bəzi qruplar dayanır" - Komitə sədri
“Azərbaycanda bəzi ekstremist və radikal qruplar din pərdəsi altında gizlənərək ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhdlər ediblər”.
 Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur: “Lakin bizim ölkəmizə xaricdən və daxildən bəzi din adı altında gizlənən qruplar ictimai-siyasi sabitliyi təhdid edən hərəkətlərə yol verirlər. Bu cəhdlərin ifşa olunmasında mətbuatın özünəməxsus yeri və rolu var. Bunun qarşısının alınmasına, təbliğatın daha geniş şəkildə aparılmasına böyük ehtiyac var. Bütövlükdə, Azərbaycan mediası din, milli-mənəvi dəyərlər sahəsində geniş fəaliyyət göstərir. Ancaq bununla yanaşı indiki durumda həqiqətin ortaya çıxarılması və həmin dini radikal elementlərin, cinayətkar-ekstremist dairələrin dindən sui-istifadə etməsi hallarının daha geniş şəkildə ictimaiyyətə çatdırılmasına ehtiyac var. Cənab prezidentin keçirdiyi müşavirədə din adından sui-istifadə edənlərin hansı məqsədlər daşıdığı açıq şəkildə ifadə olunub. Hüquq-mühafizə orqanları bu istiqamətdə geniş fəaliyyət göstərməkdədir. Dini maarifləndirmə istiqamətində biz Qafqaz Müsəlmanları İdarəsi ilə çoxsaylı tədbirlər keçiririk”.

M.Qurbanlı qeyd edib ki, Gəncədə törədilən hadisə terror aktı idi: "Bunu törədənlər isə din adı altında gizləmiş radikal qruplardır. Onların din altında gizlənməsinə səbəb odur ki, din həssas mövzudur. Onlar din adı altında gizlənərək bu cür cinayətkar əməllər törədiblər. Onların arxasında kimlərin, hansı dairələrin dayandığı araşdırılır. İlkin araşdırmalar göstərir ki, onların izləri xaricdəki bəzi qruplara gedib çıxır. Sumqayıtda və digər yerlərdə bu cür qruplar mövcuddur ki, onlar din adı altında gizlənərək belə cinayətlərini törətməyə cəhd edirlər. Bunun üçün müvafiq profilaktik tədbirlər görülür. Hüquq-mühafizə oqranlarının Sumqayıtda apardığı işlər də həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu məsələdə cəmiyyət dövlətçilik mövqeyi nümayiş etdirir”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam