Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qərb dövlətləri islama qarşı

 

“Bu gün Qərb dövlətləri İslama qarşı açıq mübarizə aparır. Onlar Yaxın Şərqdə bu gün faktiki olaraq təfkirçilər vasitəsilə İslam adı altında müsəlmanları qırırlar. Biz müsəlmanlar buna qəti etiraz edirik, bu, ən böyük cinayətdir”.

"Xeberinfo.com": APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrəti Məhəmməd Peyğəmbərin (s) vəfatının ildönümü ilə bağlı bu gün QMİ-də keçirilən tədbirdə deyib.

Şeyxülislam qeyd edib ki, həmin dövlətlərin əlaltılarına çevrilən məzhəblərə qarşı mübarizə gücləndirilməlidir: “Bu yaxınlarda “Qələm” mətbəəsinin vəhhabilik barəsində bir nəşri işıq üzü gördü. Orada kənar məzhəblərin İslama vurduğu zərbələr aydın izah olunur”.

Şeyx bu yaxınlarda İranda radikalizmə qarşı keçirilən konfransı xatırladaraq İran və Türkiyənin tədbirdə iştirak edən nümayəndələrinə təkliflər verdiyini bildirib: “Biz İran və Türkiyə ilə birləşib kənar məzhəblərə, radikal qüvvələrə qarşı birgə mübarizə aparmalıyıq. Bunun vaxtı çoxdan çatıb”.

Qeyd edək ki, tədbirdə İranın Ali liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nicat, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Sadiq Eraslan və digər şəxslər iştirak edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam