Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bəhramtəpə Hidroqovşagının istismarı idarəsinin rəisi suyu rüşvətlə satır?-pambıq tarlaları məhv olur

 

Yenixeber.org: Saatlı rayonun fermerləri artıq günlərdir, müxtəlif qurumlara təsərrüfat suyunun qıtlığı ilə bağlı davamlı şikayətlər edirlər. Onlar şikayətlərində xüsusilə Bəhramtəpə Hidroqovşagının İstismarı İdarəsini tənqid edirlər.

Fermerlərin sözlərinə görə, Saatlı rayonunun pambıq sahələri susuzluqdan quruyur, sahə 5-10 gün də susuz qalsa məhv olacaq. Fermerlər idida edirlər ki, açıq deməsələr də, su əvəzi onlardan rüşvət umurlar.

Yeri gəlmişkən ötən həftənin şənbə gün, iyulun 10-da Saatlı rayonun bir neçə kəndinin sakininin su tələbi ilə etiraz aksiyasi keçirdiyi ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, fermerlər şikayət edirlər ki, su yalnız oliqarxların təsərrufatlarına verildiyinə görə, qıtdır.

Kiçik təsərrüfat sahibləri vurğulayırlar ki, rayon fermerlərinə düşən su paylarını Dövlət torpaq fondu hesabına iri təsərrufatlar yaradan iş adamlarına verirlər. Onların qeyd etməsinə görə, sadə kəndlilərin rüşvət verəcək pulları yoxdur.

Bəhramtəpə Hidroqovşagının istismarı idarəsinin rəisi Mirqoca Mirişov isə “Turan” İnformasiya Agentliyinə verdiyi müsahibədə Saatlı kəndlilərin ittihamlarını rədd edib.

O, deyib ki, əgər kimdəsə onun guya qeyri-qanuni tələbləri barədə faktları varsa hüquz mühafizə orqanlarına şikayət edə bilər. M.Mirişov suyun qıt olmasını quraqlıqla izah edib və deyib ki, o, bərabər qaydada paylanılır: “Hər yarım kub suya ciddi nəzarət var, biz dövlət orqanları tərəfindən nəzarətdəyik. Suyun qıt olması faktdir. Problemin həlli itkilərin kəskin azaldılması, suvarmanın gecə və növbəli aparılması, pampığın suvarılmasına üstünlük verilməsindədir. Ciddi addımlar atılır. Saatlı fermerlərinin problemlərindən xəbərimiz var, həllilə məşğuluq”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam