Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kanalizasiyasız müasir Bakımız…-PROBLEM

“Bakının 50 faizində kanalizasiya şəbəkəsi yoxdur. Şəhərin 12 rayonunda kanalizasiya şəbəkəsi 50 faizdir…”

Yenixeber.org: Bu açıqlamanı Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov verib. O bildirib ki, digər 50 faiz ərazidə nəzərdə tutulan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir: “Düşünürəm ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasında məhdudiyyət olmalıdır. Tələb qoyulmalıdır ki, yaşayış massivi tikilirsə, orada infrastruktur yaradılsın…”

Bu açıqlamaya münasibət bildirən iqtisadçı ekspert Rövşən Ağayev “indi görün, ölkənin regionları hansı vəziyyətdədir” ritorik sualını ünvanlayıb: “Bakı son 20 ildə infrastrukturuna milyardlarla dollar sərmayə yatırılandan sonra hələ bu səviyyəyə gəlib çatıb. Faciəvi durumdur. Gerçək statistika açıqlansa, ölkənin Bakıdankənar bölgələrində (hansı ki, ölkənin coğrafi olaraq 95%-ni təşkil edir) mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətləri ilə əhatə səviyyəsi heç 30 faiz də deyil…”

Bakı ətrafındakı genişmiqyaslı məskunlaşma göz önündədir. Şəhər mərkəzi isə aparılan intensiv tikintilərlə beton yığınına dönüb. İki gün əvvəl Yasamalda yerləşən yaşayış binasında yanğın oldu, lakin binaların az qala bitişik tikilməsi və həyətlərin avtomobillər üçün park yeri kimi istifadə olunması səbəbindən yanğınsöndürənlər həyətə daxil ola bilmirdilər. Bu gün ölkə əhalisinin azı yarısının paytaxt və çevrəsində yaşadığını söyləsək, yalan olmaz. İndi isə hörmətli məmur deyir ki, bəs, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasına məhdudiyyət qoyulmalıdır. İndi ayıldınız, cənablar? Bəs, hər zaman qürurla vurğulayırsınız ki, Bakı müasir Avropa şəhəridir, halbuki dediyinizə görə, şəhərin yarısında adi kanalizasiya sistemi belə yox imiş…

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı  bu gün paytaxtın kanalaziya sisteminin təxminən sözügedən faiz çərçivəsində olduğunu bildirdi:

“Bakı şəhərinin əsas hissəsində – hündürmərtəbəli binaların yerləşdiyi ərazilər, şəhərin mərkəzi hissələri, əsas yaşayış massivlərinin hamısında kanalizasiya infrastrukturu var. Naxçıvanski adına liseydən Bibiheybətə qədər, bulvardan Biləcəriyə qədər bütün ərazilərin kanalizasiya sistemi mövcuddur. Kanalizasiya sistemi sadəcə, Bakı ətrafı ərazilərdə yoxdur. Sabunçu, Suraxanı Binəqədinin yeni massivləri, kənd əraziləri, Maştağa, Nardaran, Bilgəh, Türkan, Qala, Zirə ərazilərində sözügedən infrastruktur demək olar ki, yox dərəcəsindədir”.

A.Cəbrayıllı yaxın zamanda Bakının Baş Planı əsasında həmin ərazilərdə də planlı şəkildə kanalizasiya sisteminin qurulmasının nəzərdə tutulduğunu bildirdi:

“Tullantı üçün nəzərdə tutulan 11 ədəd qurğunun tikintisi və yenidən qurulması layihədə öz əksini tapıb. Bu layihə Ələtdən Sumqayıta qədər olan ərazidə həyata keçiriləcək. Ələt, Qobustan, Səngəçal, Pirallahı, Pirşağı, Türkan, Hövsan istiqamətində yenidənqurma və tikinti işləri, eləcə də sahiltəmizləyici qurğuların, Lökbatan təmizləyici qurğularının yenidən qurulması, Sumqayıtın gücünün artırılması və sair layihələrimiz, eyni zamanda, 7 min km-ə yaxın tullantı su kollektorlarının və şəbəkələrinin tikintisi bizim Baş Planda var və hamısı da dövlət investisiyaları hesabına mərhələli şəkildə icra olunur”.

A.Cəbrayıllı bu sahədə kifayət qədər işlərin görüldüyünü vurğuladı:

“Pirşağı tullantı sutəmizləyici qurğusu artıq bu il istismara tam hazır olacaq. Baş Planda bütün ərazilərin əhatə olunması nəzərdə tutulub. Söylənilən 50 faiz kənd, qəsəbə, onların inkişaf zonaları, yeni yaşayış zonaları, bağ ərazilərinə aiddir. Kiçik Bakı deyilən hissədə isə demək olar ki, kanalizasiya sistemi tam qurulub. Bu gün Bakıda yaşayan insanların böyük əksəriyyəti kiçik Bakıda – hündürmərtəbəli binalarda, şəhərin sıx zonasında yaşayır. Ərazi baxımından massivlər geniş olsa da, orada yaşayan əhalinin sayı azdır”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam