Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabunçunun- su və kanalizasiya sistemi qurulur

Sabunçunun su və kanalizasiya sistemi qurulur
Prezident İlham Əliyevin “Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Sabunçu rayonunda yeni layihələrin icrasına başlanılıb. Sərəncama əsasən, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Yenixeber.org: ASC-dən bildirilib ki, hazırda Ramana və Zabrat qəsəbələrində icra olunan layihələr çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı və Maştağa qəsəbələrində isə layihələrin icrasına hazırlıq görülür. Ramana qəsəbəsində icra olunan layihə Ramana kəndi adlanan ərazini əhatə edir. Bu ərazidə bir neçə il öncə içməli su şəbəkəsi yaradılıb və sakinlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Lakin qəsəbə ərazisində kanalizasiya şəbəkəsi mövcud olmadığında tulantı suları açıq kanallara və şambolara axıdılıb. Sakinlərin bu sahədəki probleminin aradan qaldırılması məqsədilə layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb.

Yeni layihə çərçivəsində qəsəbə ərazisində müxtəlif diametrli borularla 14 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir. Şəbəkə üzərində 600-dək kanalizasiya baxış quyusu tikiləcək və yeni şəbəkədən abonentlərə birləşmə veriləcək.

Tikinti-quraşdırma işlərinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu layihələr qəsəbə sakinlərinin dayanıqlı içməli su ilə təmin olunmasına, həçminin tullantı sularının axıdılmasında yaranan problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Layihənin icra olunduğu ərazilərdə yol infrastrukturlarının yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində yeni layihələr həyata keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam