Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Binə sakinləri:"Hər yanı su basıb, evə pəncərədən giririk" - VİDEO

 

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri ərazidə kanalizasiya sisteminin olmamasından və həyətlərinin yağış sularını basmasından şikayəçidirlər.

Yenixeber.org: Şikayətçilər bildirib ki, yağışlı havalarda evlərdə yaşamaq mümkün olmur.

“Su pilləkənlərə qədər qalxır. Vəziyyət o həddədir ki, evə pəncərədən girib-çıxırıq. Mütləq qəsəbəyə kanalizasiya sistemi lazımdır. Ümumiyyətlə, Binə qəsəbəsində kanalizasiya sistemi olmayıb. 2-3 ildir ki, vəd verirlər, amma tədbir görən yoxdur. Yollar bərbad gündə, suyumuz da yoxdur. Qəsəbədə hamı eyni vəziyyətdədir”, – şikayətçilər qeyd edib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Report”a bildirib ki, Binə qəsəbəsinə ötən il 40 km-dən artıq su xətləri çəkilib:

“Kanalizasiya sisteminin çəkiləcəyi hələ bilinimir. Su xətlərinin çəkilişi isə bu il də davam etdiriləcək. Hazırda qəsəbənin 30 faizində mərkəzləşdirilmiş su xətti var. Qaldı ki həyətlərə yağış sularının dolmasına, ona Xəzər rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası baxır”.

Xəzər rayon İcra Hakimiyyəti və Binə qəsəbə bələdiyyəsi ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam