Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Badamdar yenə sürüşdü: proses davam edir

 

Ekspertlərə görə, Badamdarda kanalizasiya sistemi qurulmayana qədər sürüşmə prosesi davam edəcək

Yenixeber.org: Havaların yağmurlu keçməsi  nəticəsində Badamdar  sürüşmə zonasında yenidən aktivlik yaranıb. Belə ki, ərazidə sürüşmə nəticəsində torpaq hissəsi ayrılıb, yola doğru tökülüb.

Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev APA-ya deyib ki,  Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir: “Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə “Yeni Müsavat”a bildirilib ki, sürüşmə kütləsinin üzərində dəyişiklik olub və bununla bağlı monitorinq aparılır.

Yada salaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

Ərazidə olan villalar təhlükədə olsa da, hələ ki tikililər sökülməyib. Ekspertlər bildirirlər ki, ərazidə sürüşmənin başvermə səbəbi kanalizasiya suları, yamacın kəsilməsi və digər bu kimi amillərdir.

Əzim Məsimov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bildirib ki, Badamdarda kanalizasiyas sistemi qurulmayana qədər bu kimi sürüşmə hadisələri davam edəcək. Ekspert bildirib ki, illər ərzində doyan torpaq kütləsi yağıntılar zamanı ağırlaşaraq, aşağıya doğru sürüşür. Bu proses kanalizasiya sistemi çəkilib, qrunt suları azalana qədər davam edəcək.

Onu da bildirək ki, ötən ilin oktyabr ayında “Azərsu” ASC məlumat yaydı ki, Badamdarda sürüşmə zonasında kanalizasiya xətləri çəkiləcək. Məlumatda bildirilib ki, Səbayel rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə  bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində  həyata keçirilir. Layihə çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb.

Layihəyə görə ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Bildirilib ki, indiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb: “Burada yaşayan əhali fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez  baş verən qəzalar su axıntısına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində müxtəlif diametrli borularla 10,5 km uzunluğunda su xətləri inşa ediləcək. Yeni şəbəkədən hər bir evə birləşmə veriləcək.

3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əsasən açıq kanallara və  şambolara axıdılıb. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olurdu. Buna görə də ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Hazırda icrasına yeni başlanılmış layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək", - deyə bildirilib.(yeni müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam