Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Prezidentin işdən çıxardığı 19 illik icra başçısı - DOSYE

Prezidentin işdən çıxardığı 19 illik icra başçısı  - DOSYE

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yenixeber.org: N.İsmayılov 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Sabiq icra başçısı buna qədər Göyçay, Şamaxı və Sabirabad rayonlarında 18 il icra başçısı kimi çalışıb. 

N.İsmayılov 1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qeyd edək ki, icra başçısı və onun oğlu Anar İsmayılov barəsində mətbuatda müxtəlif zamanlarda tənqidi məlumatlar yer alıb. Belə ki, icra başçısısın oğlunun xaricdə mülk sahibi olması, bahalı maşınlar əldə etməsi haqda dəfələrlə xəbərlər paylaşılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam