Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərsun” ölkədə süni bahalaşma dalğası yaradıb –Ekspert/Foto

 

 

“Azərsun” holdinqin istehsalı olan qida məhsullarının qiymətində fantastik bahalaşma müşahidə olunur.

Yenixeber.org: Əməkdaşımızın müşahidələrinə görə, marketlərdə yağların və çayın qiymətində artım var.

Market sahibləri qiymətlərin qalxmasını “Azərsun” holdinqin bahalaşmaya getməsi ilə əlaqələndirir. Hazırda “Final” yağları 4, 89 manat, “Azərçay” isə 1, 94 manat olub. 

Eyni artım “Möcüzə” yağında və digər məhsullarda qeydə alınıb. İqtisadçıların sözlərinə görə, “Azərsun” açıq şəkildə qanunları pozur, süni qiymət artımına yol verir və bu da dövləti sabotaj etməkdən ibarətdir.Çünki ölkədə hər hansı inflyasiya, devalvasiya prosesi getmir, dövlət tərəfindən süni qiymət artımına qarşı mübarizə aparıldığı söylənilir, “Azərsun” holdinq isə iqtisadi siyasətə qarşı addım atır.

Bundan əlavə, marketlərdə “Azərsun” istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%).

Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%).İqtisadçı-ekspert Natiq Cəfərli bunu dizelin qiymətinin kəskin bahalaşması ilə əlaqələndirib:

“Qiymət artımının bir neçə səbəbi var. Amma obyektiv səbəbi dizel yanacağının qiymətində olan artımdır. Çünki dizel yanacağı loqistikanı xeyli bahalaşdırdı. Təbii ki, daşıma və əkinlərə texniki xidmət qiymətlərinin artması məhsulun maya dəyərinin yüksəlməsinə və qiymətlərin artımına təkan verən əsas faktordur.

Təssüf ki, bu proses hələ yeni başlayır. Təqribən mart, aprel, may aylarında yeni bahalaşma gözlənilir. Bu bahalaşma yerli məhsulların istehsalında və bazara çıxarılmasında dizelin yeni qiyməti ilə bağlı olacaq.(Reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam