Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Otuz ildən sonra tarixi “Dostluq”-ŞƏRH

 

      Necə oldu ki, Azərbaycan və Türkmənistan aralarındakı mübahisəyə son qoyaraq anlaşdılar?

Yenixeber.org: Yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Videokonfrans Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanması ilə bağlı gerçəkləşib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi xarici işlər nazirləri Ceyhun Bayramov və Rəşid Meredov imzalayıblar.

İ. Əliyev bildirib ki, bu gün imzalanan sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan və Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır. Q.Berdıməhəmmədov isə qeyd edib ki, Memorandum enerji sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşmanın güclənməsinə, iki böyük enerji dövlətinin potensialının üzə çıxmasına, Xəzər regionunda dayanıqlı energetikanın, geniş və qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli zəminin yaradılmasına yönəlib.

Qeyd edək ki, 1989-cu ildə azərbaycanlı neftçilər tərəfindən mübahisəli ərazidə ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dəniz sərhədinin tən ortasında yerləşdiyi üçün ittifaq sənədlərində “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb. Lakin türkmən tərəfi “Kəpəz” yatağının Xəzərin Türkmənistan sektoruna daha yaxın olduğunu əsas gətirərək onu özününkü hesab edirdi. Nəticədə hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yataq Azərbaycanla Türkmənistan arasında başlıca mübahisə predmetinə çevrilmişdi. Türkmən tərəfi bir neçə dəfə yataqda təkbaşına hasilat işləri aparmağa cəhd etsə də, Azərbaycan tərəfinin etirazlarından sonra bu, baş tutmamışdı.

Yatağın neft-qaz ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir və mütəxəssislərin hesablamalarına görə, həmin ehtiyatların ən azı 50 milyon tonu hasil edilə bilər. Bu isə 35-40 milyard dollarlıq gəlir deməkdir. Lakin yataq ətrafında davam edən mübahisələrə görə onun işlənməsi uzun illər mümkün olmayıb, tərəflər onillər ərzində yataqla bağlı danışıqlar aparırdılar. Bu danışıqların birinci mərhələsində Xəzər dənizinin orta xətt koordinatlarını müəyyən etmək üçün 1998-ci ildə ekspert qrupu formalaşdırılıb. Xəzərin bölgüsü və statusu məsələsi sahilyanı dövlətlər tərəfindən həllini tapdıqdan sonra iki qonşu ölkə arasında mübahisəli neft-qaz yatağına dair məsələnin hər iki tərəfin maraqlarını qane edəcək formada həlli üçün zəmin formalaşıb.

Xatırladaq ki, İlham Əliyev prezidentliyi dövründə üç dəfə Türkmənistana səfər edib. Qurbanqulu Berdiməhəmmədovun  isə Bakıya 6 səfəri gerçəkləşib. Bu qarşılıqlı səfərlərdə, yüksək səviyyəli müzakirələrdə “Kəpəz” yatağına dair danışıqlar aparılıb. Müzakirələrdə yatağın birgə istismarı kompromis variant kimi müzakirə olunurdu.

Razılaşmanı şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanda müstəqillik illərində ancaq “Qarabağ” neft yatağı kəşf edilib. Onun sözlərinə görə, Azərbaycanda “Dostluq” adında karbohidrogen yatağı yoxdur:

“Araşdırma apardım, Türkmənistan ərazisində də bu adda yataq mövcud deyil. Mənim gümanıma görə, hər iki ölkə razılığa gəlib ki, Azərbaycan tərəfdə “Kəpəz”, Türkmənistan tərəfdə “Sərdar” adlanan mübahisəli yatağı “Dostluq” adlandırsınlar və yatağın yarıbayarı işlənmə məsələsini gündəmə gətirsinlər”.

İ.Şaban deyir ki, həmin yatağı 1989-cu ildə Azərbaycan neftçiləri açıb. Onun sözlərinə görə, Azərbaycanın dəfələrlə təkliflərinə baxmayaraq, 30 ildir ki, Türkmənistan tərəfi “Sərdar bölünməz” arqumenti ilə yatağın işlənməsinə imkan verməyib”.

Ekspertin fikrincə, Türkmənistan tərəfi indi buna razıdırsa, bu, aşağıdakı səbəblə bağlı ola bilər:

“Əgər dünyanın inkişaf etmiş ölkələri 2050-ci ilə tamamilə dekarbonizasiya ilə gedirsə, ənənəvi neft-qazdan imtina etmək qərarı verirlərsə, deməli, bu yataq istifadə olunmadan da ömrünü başa vura bilərdi. Odur ki, tərəflər indiki halda bu yatağın ehtiyatlarından gəlir əldə etmək istəyirlər”.

İ.Şaban vurğulayıb ki, həmin yataqdan başqa, Xəzərdə Azərbaycanla Türkmənistan arasında mübahisəli yataq yoxdur. Sözügedən yatağın hələlik dəqiq ehtiyatları açıqlanmır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam