Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zəif internetlə distant təhsil-PROBLEM

 

              Ekspert: “Müharibə bitənə qədər dərslərin təxirə salınması daha yaxşı olardı”

Yenixeber.org: Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 19 oktyabrdan 2 noyabr tarixinədək bütün təhsil müəssisələrində tətil elan edilmişdi. Noyabrın 2-dən isə dərslər distant formada davam etdirilir.

Təhsil Nazirliyinin sonuncu brifinqində çıxış edən nazir Emin Əmrullayev bir sıra hazırlıq işləri görülüb, ən optimal qərar verildiyini və onlayn tədrisə keçirildiyini açıqlamışdı:

“Bu qərarın icrası müəyyən çətinliklər yaradacaq, amma əvvəlki dövrlərdən bu təcrübə var, inanıram ki, nə qədər çətinlik olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik. Biz həm ictimaiyyət, həm müəllimlərlə ünsiyyətdə oluruq, bir çox halda mövcud çətinliyə baxmayaraq, onlayn tədris daha uyğun qərar olub. Ali təhsil müəssisələrinin rektorları ilə də görüşlər keçirilərək distant təhsilə qərar verilib. Ən böyük məsələ odur ki, ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Təbii ki, müəyyən problemlər var, internetin keyfiyyəti və s. Amma eyni zamanda, bir çox hallarda VPN istifadəsi mane olur, ona görə də bu platformalar VPN-siz işləyəcək. İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı sahəsində problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, belə hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq, maarifləndirmə işi aparaq”.

Mövcud vəziyyəti saytımıza şərh edən təhsil üzrə ekspert Elçin Əfəndi xatırlatdı ki, Təhsil Nazirliyi tərəfindən dərslərin “Microsoft Teams” və Virtual Məktəb Layihəsi çərçivəsində distant formada keçiriləcəyi bildirilmişdi:

“Bildiyimiz kimi, ölkədə internet imkanları məhduddur. İnsanlar müvafiq olar VPN və digər platformalardan istifadə edərək internetə qoşula bilirlər. Təhsil Nazirliyi qeyd etmişdi ki, VPN istifadə etmədən sırf “Microsoft Teams” və yaxud Virtual Məktəb Layihəsinə qoşulmaq mümkün olacaq. Amma biz dünən də, bu gün də monitorinq etdiyimiz zaman bir çox problemlərin şahidi olduq. Problemlər ondan ibarətdir ki, əsasən cəbhəyanı ərazilərimizdə internetə qoşulmaq məsələsi çətindir. Eyni zamanda, bir evdə iki şagirdin dərslərə qoşulması, həmçinin, bir ailədə həm şagird, həm valideynlərdən biri müəllimdirsə, onların da dərslərə qoşulması internetin sürətini tamamilə məhdudlaşdırır”.

Ekspert qeyd etdi ki, dərslərə qoşula bilməyən şagirdləri müəllimlər qaiblərlə hədələyirlər:

“Hesab edirəm ki, indiki vəziyyət üçün bu, yolverilməzdir. Hər birimiz bilirik ki, ölkəmiz hazırda hansı vəziyyətdədir. Biz müharibə dövründə yaşayırıq. Eyni zamanda, koronavirusla mübarizə dövründəyik. Üstəlik də, internetin olmaması bizi daha çox kompromisə getməyə, şagird və tələbələrə qarşı daha çox həssas olmağa sövq etməlidir. Yaxşı olardı ki, qayıb məsələsi tamamilə yığışdırılsın”.

E.Əfəndinin fikrincə, qarşıdakı dönəmlərdə, müharibə bitənə qədər dərslərin təxirə salınması daha yaxşı olardı:

“Dərslərin müharibədən sonrakı mərhələdə keçirilməsi daha məqsədəuyğun ola bilər. Çünki indiki halda biz əgər distant təhsildən danışırıqsa, sözügedən təhsil forması internetə bağlıdır, internet təminatı isə zəifdir. Bundan sonra dərslərin keçirilməsini müəyyən müddət ərzində təxirə salmalıyıq. Döyüşlərin aktiv fazası başa çatdıqdan sonra ölkədə internet təminatı mümkün olacaq. Biz həmin dövrü gözləməliyik və yalnız ondan sonra dərsləri normal və rahat qaydada keçə bilərik”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sorğumuza cavab olaraq bildirdilər ki, distant təhsil prosesinin həyata keçirildiyi elektron platformaların fəaliyyəti məhdudlaşdırılmayıb:

“Ali təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin şagirdləri heç bir çətinlik çəkmədən distant təhsil prosesində iştirak edə bilərlər”.

Nazirlikdən onu da əlavə etdilər ki, hazırkı dönəmdə distant təhsilin tətbiqi fonunda internet xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlılığın və keyfiyyətin təmin edilməsi məqsədilə bütün zəruri işlər həyata keçirilir.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam