Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kontakt Home-un tələbə ovu: - 4-cü kurs və qiyabilərə verilməyən məhsul, yoxsa...

Kontakt Home-un tələbə ovu:
Kontakt Home mağazalar şəbəkəsi tələbələrə hədəflənən reklam kampaniyası aparır.
Yenixeber.org:  Şirkət bu məqsədlə yaydığı məlumatda "İstər Bakı, istərsə də bölgə qeydiyyatlı hər tələbə sadəcə tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə Kontakt Home mağazalar şəbəkəsinin istənilən filialınından 1200 manatadək ilkin ödənişsiz nisyə məhsul ala bilər", - vurğusunu xüsusi qeyd etsə də, əslində, bu, hər tələbəyə aid deyil.

Bu barədə  BDU-nun adının çəkilməsini istəməyən tələbələrindən biri məlumat verib.

O bildirib ki, sentyabrın 4-də Kontakt Home-un "xüsusi kampaniya"sına inanıb, dostu ilə 28 Moll-la üzbəüzdəki filialdan telefon almaq istəyib:

"Əvvəla, şirkət tamamilə qanunsuz reklam kampaniyası aparır.

Diqqət etmisinizsə, onların reklam roliklərinin üz qabığında "hər tələbəyə 1200 manat ayırırıq" ştrixti var. Bunlar bank deyil, bankir deyil ki, pul ayırsın.

"Reklam haqqında" qanuna görə, reklamın mahiyyəti aldadıcı deyil, aydın olmalıdır. Yəni bunlar açıq bəyan eləməlidirlər ki, tələbələrə 1200 manatlıq məhsul verə bilərik və s.

Digər yandan, bunlar əvvəldən açıq bəyan etməlidir ki, biz 4-cü kursda, yaxud qiyabi təhsil alanlara məhsul vermirik. Tələbələr bunu bilsə, heç vaxt itirib, mağazalara getməzlər. Necə ki, mən itirdim. Orada mənə dedilər ki, sənə düşmür. Gah dedilər, sən qiyabisən, gah da dedilər 4-cü kursda oxuyursan. Halbuki, 3-cü kursu bitirsəm də, 4-cü kursun dərsləri heç başlamayıb.

İkincisi, mən 12 aylıq deyil, 6 aylıq kreditə telefonu götürmək istəyirdim. Amma sonda da dedilər ki, qiyabilərə, ümumiyyətlə, vermirik. Bakı qeydiyyatı və ev nömrəsi olan adam gətirim, onun adına versinlər. Sözüm odur ki, indi elə kampaniya aparırlar ki, guya bunların tələbələrə canı yanır".

Tələbə deyir ki, dostu oradan telefon alan zaman da, maraqlı faktla üzləşiblər: "Baxın, dostum oradan əvvəl də kreditə məhsul alıb, hətta vaxtından əvvəl birinin ödənişini bitirib, digərini də vaxtlı-vaxtında ödəyir. Lakin bu dəfə yeni telefon götürmək istəyəndə, ona deyiblər ki, ilkin ödəniş etməlisən. Halbuki, hər yerdə "ilkin ödənişsiz, faizsiz telefonlar", - deyə haray salıblar. Nə isə. Aydın olub ki, ikinci telefon üçün 25 manat ödəniş + 20 manatlıq da telefona proqram yazılmalıdır.

Sonda aydın oldu ki, 350 manatlıq telefon 12 aya haradasa 445-450 manata başa gəlir. Hələ bu da azmış kimi, 28 may metrosunun həndəvərində 4-5 manata olan üzlükləri bunlar 12 manata camaata sırıyırlar...".

Məsələ ilə bağlı şirkətin münasibətini də yayımlamağa hazırıq. (Mia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam