Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rafael Ağayev:"Azərbaycan xalqı hər zaman qızıl medal qazanmağıma öyrəşib" - MÜSAHİBƏ

 

 

Karate üzrə 5 qat dünya və 12 qat Avropa çempionu Rafael Ağayevin müsahibəsi

 

Yenixeber.org:

- Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Premyer Liqa 1 yarışında qızıl medal qazandınız. Təəssüratlarınız necədir?

- Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Premyer Liqada zəif idmançı olmur. Əvvəllər bir çəkidə 120 karateçi çıxış edirdisə, bunlardan 2-3 nəfəri məğlub etmək asan olurdu. Lakin artıq 64 nəfər iştirak edir. Bu idmançılar ora dəvət alırlar. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hər çəki üzrə 7 nəfər lisenziya qazanacaq. Daha 2 karateçi olimpiadaya "green card"la yollanacaq, 1 nəfər isə yaponiyalı olacaq. Yəni, 150 idmançıdan cəmi 7-si lisenziya qazana biləcək. Çalışıram ki, birinci olum. Hazırda öz çəkimdə dünya reytinqində birinci yerdəyəm. Yarış mənim üçün çox yaxşı keçdi. Sadəcə, döyüşlər ardıcıl olduğu üçün iranlı idmançı ilə yarımfinal qarşılaşması çətin alındı. Dünya çempionatının finalında da onunla döyüşmüş və qələbə qazanmışdım. Qarşıdakı yarışlarda da əlimdən gələni edəcəyəm ki, qızıl medal qazanım və Azərbaycanın himnini səsləndirim.

- Parisdə final görüşündə uduzmağınıza səbəb nə idi?

- Peşəkar idmanda hər saniyə hər bir şey ola bilər. 3 dəqiqənin 2 dəqiqə 59-cu saniyəsinədək öndə idim. Son saniyədə zərbə buraxdım. Bu, mənim öz səhvim idi. Hamı üçün gözlənilməz hadisə baş verdi. Döyüşün bitməsinə 15-20 saniyə və ya 1 dəqiqə qalsaydı, qələbə qazana bilərdim. Bu, mənə dərs oldu. Peşəkar idmançı zirvədə olmaq üçün aşağı düşməlidir ki, zirvənin dadını bilsin. Bu, idmandır. Biz də robot deyilik. Qələbə qazanmağı və uduzmağı bacarmalıyıq. 2018-ci il mənim üçün çox uğurlu keçir. İlk iki ayda iki dəfə finalda çıxış etmişəm. Qızıl və gümüş medallar qazanmışam. Azərbaycan xalqı öyrəşib ki, mən hər zaman qızıl medal qazanım. Çalışıram ki, bu adət-ənənəni saxlayım, xalqımı sevindirim. Məni dəstəkləyənlərə minnətdarlığımı bildirirəm. 

 

- Bir çox idmançılarda görmüşük ki, uğurlu çıxışdan sonra çəki saxlaya bilmirlər. Sizin durumunuz necədir?

- Cavan olanda çəki barədə nəsə hiss etmirsən. Həmin vaxt çəki salmaqda problemlə üzləşirdim. Artıq 33 yaşım olacaq. Hər şey qaydasındadır. İnsan yaş artdıqca peşəkarlaşır. Məşqə, qidaya fikir verəndə hər şey qaydasında olur. Əvvəl çəkim 82 kq idi. Onu 75 kq-a qədər salırdım. Hərdən 73-74 kq da oluram. Belə olan halda da özümü yaxşı hiss edirəm. Düşünürəm ki, peşəkar idmançıda çəkisalma problemi olmamalıdır. İnsan həyatda nəyəsə nail olmaq istəyirsə, çox şeyi qurban verməlidir.

- Dubaydakı yarışda yaponiyalı karateçi Ken Nişimura yox idi. Ondan revanş almaq istəyirsiniz?

- Mənim əsas arzum o deyil ki, revanş alım. Əksər idmançıların arzusu olimpiadada iştirak etməkdir. Mənim isə arzum təkcə iştirak deyil. Qızıl medalı Azərbaycan xalqına bəxş etmək istəyirəm. Gələn ayın 16-sı Hollandiyanın Rotterdam şəhərindəki yarışa yapon idmançı da gələcək. Qismət olsa, döyüşəcəyik. Revanşı isə Yaponyada alacağam.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam