Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“Tağı Əhmədova cinayət işi açılmalıdır...”

“Tağı Əhmədova cinayət işi açılmalıdır...”

 

Xeberinfo.com:   Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:

- Son ayların müşahidələri onu deməyə əsas verir ki, Sərdar Cəlaloğlu siyasətdə yoxdur. Siz necə düşünürsünüz?

- Mən bunu qəbul etmirəm. Sadəcə olaraq ölkədə siyasi durğunluq var. Siyasi partiyalara və liderlərə maraq kifayət qədər azalıb. Müxalifətin fikirlərini işıqlandıran müxalifət mətbuatı idi. Son illər isə müxalifyönümlü mətbuatın sayı, keyfiyyəti olduqca düşüb. Bu mətbuatın imkanları məhdud olduğuna görə sizə elə gəlir ki, biz də məhdud görünürük. Bizi televizorlara buraxmırlar. Halbuki, hər həftənin birinci günü partiyanın İdarə Heyətinin yığıncağı keçirilir. Amma bunlar mediada işıqlandırılmır. Liderlərdən kim məndən daha çox görünür? Elə partiya liderləri var ki, mən onların mövqelərini öyrənmək istəyirəm, amma axtarıb tapa bilmirəm. Bu bütünlüklə Azərbaycanda müxalifətə olan münasibətdir.

- Siz bunun səbəbini mətbuatla əlaqələndirdiniz. Maraqlıdır ki, bir siyasətçinin siyasi arenada olduğunu göstərən hansı meyarlardır? Biz də onu əsasən bilək ki, məsələn, Sərdar Cəlaloğlu siyasi arenadadır...

- Hər hansı siyasətçi məqalə yazırsa, onu KİV-də yayırsa, həmin informasiya ictimaiyyətin marağına səbəb oldusa bunun özü bir göstəricidir. Siyasətçi ölkədə gedən ictimai- siyasi hadisələrin gedişatına təsir edən, ictimai rəyi formalaşdıra bilən, istiqamət verən adam deməkdir. Əgər bir siyasətçi 3 ay qabağı görə bilirsə, bu həmin adamın siyasətçi olduğunu göstərir. Sizin varlığınız heç kimi maraqlandırmırsa, deməli, siz siyasətçi deyilsiniz.

- İndiki halda siyasətçilər sosial şəbəkələrə üz tuturlar. Məsələn Əli Kərimli, ya Arif Hacılı heç olmasa iki gündən bir də olsa sosial şəbəkədə fikirlərini paylaşırlar. Bu da onların siyasətdə olduğunu göstərir. Siz isə sosial şəbəkədən də istifadə etmirsiniz...

- Həftədə bir dəfə partiyamızın mövqeyi ifadə edilir. Mən təkcə siyasi deyil, həm də elmi fəaliyyətlə məşğulam. Sosial şəbəkələrə daxil olmaq vaxtımı həddindən artıq alır. Başqaları ancaq siyasətlə məşğul olduğuna görə özünü təbliğə üstünlük verirlər. Mənimsə təbliğata ehtiyacım yoxdur. Mən orijinal adamam. Hamının getdiyi yol ilə getmirəm. Axına qarşı gedən siyasətçilərdənəm. Mənim üçün ictimai rəy onu əksinə getmək üçün lazımdır. Çünki bilirəm ki, Azərbaycandakı ictimai rəy bizim böhrana düşməyimizin səbəblərindən biridir. Mən xalqımın marağına uyğun nəsə deyəndə müxtəlif yerlərdən mənə hücum edəcəklər. Bu hücumlara görə düşüncələrimi deməməliyəm?

- Tarixi şəxsiyyətlər haqqında həmişə maraqlı fikirlərinizlə gündəmdə olmusunuz. Son aylarda isə Bakı Slavyan Universitetinin yeni təyin olunan rektoru universitetin fasadı üzərində tarixi şəxsiyyətlərin olduğu mozaikanı sökdürməsi ciddi narazılıqlara səbəb oldu. Bununla bağlı nə deyə bilərsiniz?

- Tarixi şəxsiyyət nə deməkdir? Keçmişdə yaşamış görkəmli adam deməkdirsə, bu başqa məsələ. Şəxsiyyətlərə olan münasibətlərə müxtəlif cür yanaşmaq lazımdır. Heç bir tarixi şəxsiyyət özü gəlib mozaika kimi o divara qonmayıb. Bununla bağlı dövlətin sərəncamı olub. Bəlli bir dövlət vəsaiti sərf olunub. Birincisi, o mozaikanın müəlliflik hüququ var. Çünki kiminsə əl işidir. İndi Respublika Prokurorluğu bu məsələ ilə bağlı cinayət işi qaldırmalıdır. Söhbət tarixi şəxsiyyətdən getmir. NizamiGəncəvinin şəkillərini, heykəllərini dağıdın, kitablarını yandırın, amma bunları etməklə NizamiGəncəvini tarixdən çıxarda bilməzsiniz. Siz, Slavyan Universiteti onun qədrini bilməz, amma ərəb, qərb, türk dünyası bilər. Çünki Romada da Nizami Gəncəvinin heykəlini qoyublar, Rusiyada da. Sən burda qanmazlığından gedib Nizaminin heykəlini dağıtmaqla, ya onun mozaikasını sökməklə onu tarixdən çıxara bilməzsən. Bu cür hərəkətlərin tarixi şəxsiyyətlərə aidiyyatı yoxdur. Bu, bir cinayət hərəkətidir. Çünki onun müəlliflik hüququ var, dövlət vəsaiti xərclənib. Bu aspektdən yanaşıb həmin qadın haqqında cinayət işi açılmalıdır.

Kimsə durub hansısa universitetin adını öz bildiyi kimi dəyişə, mozaikanı öz bildiyi kimi dağıda bilməz. Bu vandalizmin bir formasıdır. Bu mozaikanın ora qoyulması ilə bağlı əvvəlki hakimiyyətin verdiyi qərar dəyişdirilməyibsə, müəllif müəlliflik hüququndan imtina etməyibsə, bu, sənət əsərinə qarşı olan vandalizmdir. Siz bunu gətirib Nizami ilə bağlamayın. Nizaminin nə vecinədir? O xahiş eləməmişdi ki, onun şəklini ora həkk etsinlər. Yaxud BSU-nun qabağında mozaika olmasa, o, tarixi şəxsiyyətindən məhrum olacaqmı? Bu sadəcə rektorun səviyyəsini göstərir. Millətinə, sənət əsərinə, dövlətçiliyə olan səviyyəsini göstərir. Heç bir kadr özündən əvvəlki kadrın yaratdıqlarını vurub dağıda bilməz. Bu dövlətin varislik siyasətidir. Nə vaxt Nəsiminin heykəlini Tarqovudan, Nizaminin heykəlini parkdan götürsələr, o zaman rektorun da ixtiyarı olardı ki həmin mozaikanı söksün. Bu onun vandalizminin, cinayət əməlinin göstəricisidir. Tutduğu vəzifəyə layiq olmadığını göstərir.

Sən necə bir ali təhsilli insan ola bilərsən ki, ədəbiyyat xadiminin abidəsinin əbədiləşdirildiyi mozaikanı dağıdasan? Sən kimsən ki? Ümumiyyətlə, institut rektoru kimdir ki, belə məsələlər haqqında qərar versin? Ora sənin atanın şəxsi mülkiyyəti deyil. Bəlkə, səndən sonra gələn rektor istəyəcəkdi ki, həmin mozaika orda dursun. Belə çıxır ki, Slavyan Universitetinin bundan əvvəlki rektoru Kamal Abdulla indikindən az bilirdi? Nə əcəb onu dağıtmayıb? İndi bu qadınla Kamal bəyin rektor kimi fəaliyyətinə baxın. Kamal Abdullanın rektor kimi qalxdığı yüksək vəzifəyə baxın, indi prezidentin müşaviridir. Bu qadının isə hardan gəldiyi bilinmir. Vəzifəyə qoyulan kimi söküb dağıdır. Bu nə özbaşınalıqdır ? Bu həm də Azərbaycanda bütünlüklə idarəçiliyin bərbad vəziyyətdə olduğunun göstəricisidir. Buna Təhsil NazirliyiMədəniyyət və Turizm Nazirliyi və ölkə başçısı da münasibət bildirməli idi. Azərbaycanın dünyaya çıxartdığı 4-5 şəxsiyyət var. Azərbaycan prezidenti gedib Romada müqavilə bağlayır, orda Nizaminin heykəlini qoydurur. Eləcə də Rusiyada. Bakıda isə bir nəfər rektor çıxır və Azərbaycan xalqının ən böyük şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirildiyi bir abidəni dağıdır. Bundan heç rektor yox, adicə ədəbiyyat müəllimi də çıxmaz. Belə adamları vəzifədə saxlamaq dövlətçilik prinsiplərinə ziddir.

- Son zamanlar müşahidə olunan tendensiya ondan ibarətdir ki, yeni təyin olunan rektorlarla təhsil naziri arasında anlaşılmazlıqlar var. Məsələn, elə bu məsələdə. Rektor təhsil nazirinin icazəsi ilə mozaikanın söküldüyünü bildirsə də, nazirlik bunu qəbul etməmişdi...

- Heç nazirin də buna ixtiyarı yoxdur. Nazir kimdir ki, buna icazə versin. Binaların bəzədilməsi Bakı Memarlıq İdarəsinə aid olan məsələdir. Təhsil Nazirliyi o təhsil müəssisənin içində deyilən təhsilə cavabdehdir. Onun binaya, heykələ nə aidiyyatı var? Binanın tikilməsinin arxitekturasını Təhsil Nazirliyimi müəyyənləşdirir? Kimsə özbaşına binanı başqa yerə apara bilərmi? Yox. Deməli, o şəxs binadan asılıdır.

- Bu günlərdə MTN işi ilə bağlı bir sıra eks-yüksək vəzifəli şəxslərin məhkəmə prosesləri başlayıb. Akif Çovdarov məsələsi ilə bağlı keçmiş metropoliten rəhbəri Tağı Əhmədov da ifadə verib. İfadəsində Çovdarova verdiyi 3 milyon manatın 40 illik maaşı olduğunu deməsi müzakirələrə səbəb olub...

- Tağı Əhmədov 3 milyon pulu Akif Çovdarova veribsə, Respublika Prokuroluğu onun haqqında da cinayət işi qaldırmalıdır ki, bu qədər pulu hardan alıb? İkincisi, niyə vermisən? Veribsə, deməli özünün hansısa cinayəti var. O boyda pulu dövlətin büdcəsindən verib. O 40 ildir ki, işləmir axı. Hələ bundan sonra 20, 30 il daha işləməli idi ki, o pulu verə bilsin. Açıq etiraf edir ki, o pulu rüşvət yolu ilə əldə edib , ya da dövlət əmlakını mənimsəyib. Rüşvət verən də, alan da eyni dərəcədə məsuliyyət daşıyır. Bu gün Çovdarova kim rüşvət veribsə, onlar hamısı onunla bərabər həbsxanada olmalıdır. Bundan əvvəl DİN sistemində Hacı Məmmədovun dəstəsi ifşa olunmuşdu. Bundan əvvəlki MTN rəhbərliyində adam oğurluğu ilə məşğul olan, sahibkarlara təzyiq edən qruplar aşkar olunmuşdu. Azərbaycanda paradoksal vəziyyət yaranıb. Cinayətkarlıq daha çox cinayətə qarşı mübarizə aparan orqanların özündə inkişaf edir. MTN hadisələri onu göstərdi ki, bu qurumun özü uzun illər Azərbaycanın təhlükəsizliyinə təhdid olub. Hüquq-mühafizə orqanı hüquq pozan adı ilə sistemə ziyan verməklə məşğuldur. Bu da onu göstərir ki, Azərbaycanda vətəndaşların təhlükəsizliyinə heç bir zəmanət yoxdur.

- İndi Beynəlxalq Bankın həbsdə olan rəhbərliyi də ifadələrində bankın düşdüyü vəziyyətə görə maliyyə nazirini günahlandırır...

- Bu cür irimiqyaslı cinayətlərdən maliyyə nazirinin, digər maliyyəyə nəzarət orqanlarının, baş nazirin, Mərkəzi Bank rəhbərliyinin xəbəri yoxdursa, bu o deməkdir ki, ölkədə özbaşınalıqdır. Milyardlarla pul bu bank vasitəsilə dağıdılıbsa, bu həm də o deməkdir ki, ölkədə maliyyə nəzarəti həyata keçirilmir. Başqa ölkədə belə bir hal olsaydı, dərhal baş nazir, maliyyə naziri istefa verərdi. Mərkəzi Bank rəhbərliyi isə indi Cahangir Hacıyevlə yanaşı oturmalı idi. Azərbaycanda sanki cinayətkarlığa deyil, cinayətkara qarşı mübarizə aparılır. Bu dəqiqə Cahangir Hacıyev mühakimə olunur. Amma başqa banklarda analoji həmin hadisələr baş verir. Cahangir Hacıyevin fəaliyyəti ilə bağlı cinayət işi qaldırıldığı gün Respublika Prokurorluğu bütün bankları yoxlamalı idi. Dövlətin iqtisadi təhlükəsizliyini təhdid edən fakt ortalığa çıxıb. Bu fakt başqa banklarda da ola bilər deyə, dərhal yoxlama həyata keçirilməli idi. Yoxlandımı bəs Mərkəzi Bank, yaxud digər banklar? İndi bir bankda bu cür milyardlarla pul dağıdılıbsa, görün dövlətin başqa maliyyə strukturlarında nə qədər dağıntılar var? Baxacaqsınız, bir neçə ildən sonra məlum olacaq ki, başqa banklarda da eyni məsələlər var.

İqtisadi cinayətkarlıqla bağlı bizim hüquq-mühafizə orqanlarının ən böyük səhvi odur ki, dövlətə dəyən ziyan ödənilmir. Məhkəmə mütləq dəyən ziyanı ödətməlidir. Yoxsa nə mənası var? Gedərəm oğurlayaram, sonra da beş il yatıb çıxaram. Çıxdıqdan sonra oğurladıqlarımı xaricdə rahat xərcləyərəm. Beləliklə də, Azərbaycan dövləti addım-addım bu iflas vəziyyətinə gəlib.

- Son zamanlar Azərbaycanda da FETÖ-yə qarşı mübarizə aparılır. Azərbaycan siyasətində nurçulara , gülənçilərə aid olan şəxslər varmı?

- Gülənçilər nurçuluğun bir qanadıdır. Nurçuluq İslam masonluğunun bir formasıdır. Burada qapalı maarif sistemindən söhbət gedir. Bunu ilk dəfə masonlar irəli sürüb. Masonlar belə düşünür ki, Allah dünyanı yaxşı yaratmayıb, insan onda da daha yaxşı yarada bilər. Bu cür dəyişiklikləri də seçilmiş insanlar apara bilər. Fətullah Gülən İslam masonluğunun rəhbəridir. O dəfə çıxış etmişdi ki, xaçlıların ölkənizi işğal etməsindən narahat olmayın, çünki onlar sizin mədəniyyətinizə zərər vurmaz. Avropada və bütün dünyada cinayətlərinə görə xaçlıların rəhbərlərini kağıza bürüyüb yandırıblar. Sonradan məlum oldu ki, yenə üzə çıxıblar. İozitlər və ilimünatilər kimi iki təşkilat meydana çıxdı. Roma Papası indi iozit təriqətində olan adamdır. İndi siz baxın, İçəri şəhər, Koroğlu, Avtovağzal metrolarının üstündə piramida tikiblər. Piramida ilimünatilərin simvoludur. Azərbaycanda masonluq geniş yayılıb. Bu cür abidələr tikilirsə, sizcə, o təriqətə xidmət edən adamlar yoxdurmu?

Fətullah Gülən deyir ki, Allahı görüb. Quranda isə Allahı görməyin mümkünsüzlüyü qeyd olunub. Tərəfdarları isə deyir ki, Gülən Məhəmməd peyğəmbərin əsabələrindəndir, indiki dövrdə yenidən ortalığa çıxıb. Pensilvaniyada yaşadığı bina Amerika masonlarına aid olan binadır. Bunun sehrli çubuğu var ki, hansı ölkəyə gedirsə məktəblər açılır, oradan milyardlarla pul qazanılır. Millətin ən ağıllı uşaqlarını həmin məktəblərə seçirlər. Onlar elmi terrorizmlə məşğuldurlar. Öz simvollarını abidə kimi Bakının mərkəzində qoyublarsa, yolların kənarında o piramidaları tikirlərsə, təbii ki, siyasətdə, əhali arasında gülənçilər, masonçular var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam