Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Rəsul Quliyevlə düşmənçiliyimiz yoxdur" -ADP sədri

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, mühacirətdə olan Rəsul Quliyevlə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasındakı soyuq münasibətlər yenidən düzəlməyə başlayıb.

Yenixeber.org:   Məlumata görə, uzun müddətdir, aralarında gərgin münasibətlər olan partiya sədrləri barışıb. Hətta R.Quliyevin partiyadaşlarına ADP-nin qərargahında yer də ayırıblar. Bildirilir ki, ABŞ-da yaşayan, xeyli müddətdir ki, aktivləşən Rəsul Quliyev ADP-yə yaxınlaşmaqla Azərbaycan müxalifətində öz rolunu gücləndirməyə çalışır. Elə buna görə də okeanın o tayından idarə olunan partiyanın yaxın vaxtlarda başqa siyasi qurumlarla əməkdaşlığa başlayacağı gözlənilir. 

Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Sərdar Cəlaloğlu qərargahda Rəsul Quliyevin partiyasına yer verilməsi xəbərini təkzib edib: "Onlara qərargahda yer verməmişik. Sadəcə kimin ehtiyacı varsa, gəlib bizim qərargahda tədbirlər keçirir. Qərargah mənim atamın deyil ki. Qərargah xalqın istifadə edilməsi üçündür. İndi də bizim qərargahda yer var deyə, gəlib tədbirlər və ya iclaslar keçirirlər. Onlara nəsə deyə bilmərəm axı… Hökumət bu yeri mənə verib. Mən də niyə kiməsə verməməliyəm, atamın şəxsi yeri deyil ki…”

Rəsul Quliyevlə barışması məsələsinə gəlincə, partiya sədri qeyd edib ki, onlar küsülü olmayıb: "Mən Rəsul Quliyevdən küsməmişəm ki, onunla barışım. Siyasət nədir ki, biz küsüb-barışaq. Bizim aramızda küsülülük olmayıb. Sadəcə olaraq Rəsulun maraqları bizim maraqlarla üst-üstə düşmədiyi üçün o bizdən ayrılıb getdi. Bu da normal bir şeydir. O, elə maraqlarına görə gəlib bizlə birləşmişdi. Yoxsa onun bizlə şəxsi qohumluğu və ya dostluğu yox idi. İndi də başqa qüvvələrlə birləşib. Hər kəsi idarə edən öz maraqlarıdır”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, hansısa səbəb olduğu halda iki partiya əməkdaşlıq baş tuta bilər: "Bütün partiyalar bir-biriləri ilə əməkdaşlığa meyl etməlidir. Amma yaxın vaxtlarda əməkdaşlıq üçün hər hansı səbəb yoxdur. Səbəb olsa niyə əməkdaşlıq etməyək? Bizim Rəsul Quliyevlə nə düşmənçiliyimiz, nə də onun haqda pis fikrimiz var.  Sadəcə olaraq o dövrün şərtlərinə görə o, partiyadan ayrılmaq qərarı aldı və getdi. İndi də özünün partiyasını yaradıb. Burada qeyri-adi bir şey yoxdur. Bu, bizi narahat eləmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam