Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ABŞ-Azərbaycan münasibətləri gərginləşəcək”

 

Xeberinfo.com:   Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Avrasiya.net-ə müsahibəsini təqdim edirik:

– Fuad müəllim, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibətiniz maraqlı olar. Bizdə olan məlumata görə, siz bu yaxınlarda ABŞ-dan səfərdən qayıtmısız. Bu və ya digər məsələlər Sizin keçirtdiyiniz görüşlərdə müzakirə olunub?

- Keçirtdiyim görüşlərdə müxtəlif məsələlər və o cümlədən sanksiyaların tətbiq olunması da müzakirə olunmuşdu. Hesab edirəm ki, sanksiyalar iqtidar nümayəndələrinə qarşı tətbiq olunacaq. İndi söhbət qedir hansı formada və kimlərə bu tətbiq olunacaq. “Ağır çəkili” iqtidar nümayəndələrə və yaxud aşağı ranglı məmurlara. Bu Avropa ölkələrinə bir işarədir. Əqər Avropa ölkələri də sanksiyalara qoşulsa, məncə birinci variant seçiləcək. Bu da iqtidarın son bir ildə apardığı “rusiya meyilli” siyasətin nəticəsidir.

– Son vaxtlar iqtidarın Qərbə tərəf addımları müşahidə olunub. Leyla və Arif Yunusun ev dustağına buraxılması, Türkiyə Rusiyanın hərbi təyyarəsinin vurulmasının düzgün hesab etdiyini, 31 dekabra qədər bir neçə tanınmış şəxslərin Əfv fərmanı ilə buraxılmasının gözlədiklərini qeyd etmək olar. Sizcə bu addımlar sanksiyaların qabağını ala biləcəkmi?

- Sözsüzki siyasi və vicdan məhbusların Əfv olunması təqdirə layiqdir və müsbət bir haldır. İlin axırına çox az bir müddət qalıb, baxaq görək kimləri buraxırlar. Amma məncə, bu çox gec bir addımdır və sanksiyaların qabağını ala bilməyəcək. Fikir verin, ABŞ və Avropa ölkələri Azərbaycanda vətəndaş cəmiyyətlərin inkişafına dair çağırışlar edir və müsbət addımların atılması əvəzinə QHT-lərə təzyiqlər artır və bəzi QHT rəhbərləri həbs olunur. Qərb iqtidar-müxalifət dialoqunun keçirilməsini müsbət hall kimi qiymətləndirir, dialoq dərhal dayandırılır. Parlament seçkiləri zamanı MSK sədri Məzahir Pənahov bir neçə dəfə “Azadlıq-2015” seçki blokunun seçkilərdə iştrakını qeyd edir və bununla da siyasi aktivliyini, namizədlərin çox olmasını seçkilərin demokratik keçiriləcəyi kimi təqdim edir. Yenə də ABŞ və Avropa ölkələri parlament seçkilərinin demokratik keçiriləcəyinə ümüdverici bəyanatlar verirlər. Bunun əksinə formalaşan parlamentə bir nəfər də müxalifətçi düşə bilmir. Müxalifət nümayəndələrə qarşı ədalətsizlik olub və dairələrdə saxtakarlıq olub.

- Sizcə, iqtidar bu vəziyyətdən çıxmaq üçün hansı addımlar atmalıdır?

- Böyük islahatlar olmalıdır. İqtisadi, sosial və ən əsası siyası islahatlar olunmalıdır. Hakimiyyət güclü olanda bu islahatları aparmalıdır, zəif olanda yox. Bu ilin əvvəlində manatın devalvasiyası, neftin 40 dollardan aşağı düşməsi, qiymətlərin qalxması, işsizlik, iş yerlərində ixtisarlar, 2016-c ildə manatın ikinci devalvasiyasının gözlənilməsi və s. bir tərəfdən, digər tərəfdən xarici ölkələrin şirkətlərinin, nümayəndəliklərinin Azərbaycandan qetməsi onu göstərir ki, 2016-cı ildə bizim hamımzı çox böyük çətinliklər gözləyir. Ona görə hakimiyyət təcili olaraq islahatlar aparmaldır. İslahatları sərhəddən, gömrükdən başlamaq lazımdır. İdxal olunan mallara görə alınan rüşvət yığışdırılsa, onda dükanlarda qiymətlər 3-4 dəfə aşağı düşəcək. Kiçik və orta bizneslə məşğul olanların vergilərinin azalması, lisenziyaların verilməsinin sadələşməsi və s. kimi addımlar atılmalıdır. Hakimiyyət müxalifətlə siyasi barışığa getməlidir, dialoq bərpa olinmalıdır. Bunlar olmasa, onsuz da 2016-cı ildə iqtisadi problemlərlə üzləşəcəyimiz bir vaxtda, radikal qüvvələrin aktivliyi müşahidə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam