Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir”

 


“İran İslam Respublikasının xüsusi xidmət orqanları Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş fəaliyyətində narkotik qaçaqmalçılığından da istifadə edirlər”.

Yenixeber.org:  Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə bunu APA-ya müsahibəsində deyib.

O bildirib ki, bu cinayətkar fəaliyyətə cəlb olunan şəxslərin sonradan müxtəlif yollarla xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsinə məcbur edilməsi faktları da mövcuddur:

“İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir. Azərbaycan gənclərinin narkotiklərə aludə edilməsi xalqımızın gələcəyinə qarşı yönəlmiş təxribat xarakterli addımdır. Sxem çox aydındır, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr daşımaq, burda bu narkotik vasitələri satıb Azərbaycan gəncliyini zəhərləmək, əldə olunan vəsaitdən isə Azərbaycan dövlətçiliyinə qarşı təxribat xarakterli əməllərdə istifadə etmək. Lakin Dövlət Sərhəd Xidməti, həmçinin, ölkəmizin hüquq-mühafizə orqanları bu məkrli planları ifşa edərək, qarşısını alırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam