Həkimin taleyi
"Xeberinfo.com": (Ardı)
Onun qəlbi sıxılırdı. Ana itgisi Firuza təsir edirdi.Neyləyəcəyi haqqında fikirləşirdi. Firuz sanki həyatın bitdiyini duyurdu. Ancaq ailəsi üçün yaşamalı idi Firuz.
Nəhayət ki hər şey yoluna düşdü. Yenidən həmin həyat başlandı.Həkim öz işi ilə məşğul olurdu Hərdən ana yadına düşürdü.Həmin an yanıb tökülürdü. Lakin ailə üçün yaşamalıydı. Qızı Xumar indi ailənin tək və yeganə sevinci idi .Ata-ana yeganə qızları ilə nəfəs alırdılar. Ancaq Firuz içgidən əl çəkmirdi. Hər an sərxoş olurdu. Bu həyatını mənfiliyə dəyişirdi. İşi geriyə gedirdi.Sərxoş olmaq onun gündəlik vərdişinə çevrilmişdi. Bu dəhşətli idi...İşi geriyə gedirdi. Günlərin birində isə hər şeyə son qoyuldu..Həmin gün Firuz yenə orta dərəcədə sərxoş idi. Öz kabinetində oturmuşdu. Tənha idi. Yenə nəyi isə fikirləşirdi. Bu an ağır xəstə qəbul olunduğunu söylədilər. Otağından tələsik çıxan Firuz qəbul otaöına yollandı. Xəstəyə baxacaqdı. Burada qələbəlik yaşanırdı.Həkim otağa daxil oldu..
-Kim?
Həkimə ağır xəstəni nişan verdilər.Firuz o səmtə yollandı.Bir qədər xəstəyə baxdı.
-Çox belələrini sağaltdım...-söylədi,
İlkin müayinə aparıldı..
-Təcili əməliyyata.-deyə Firuz əmr verdi.
Xəstə cərrahiyyə masasına qaldırıldı..Hər şey hazırlandı.Ani olaraq Firuz həyəcanlandı. Bu ötəri oldu. Firuz fikirli idi. Xeyli müddət baxdı. Sonra cərrahiyyə masasına tərəf irəlilədi.Əməliyyata başlayacaqdı. Bu an onu səslədilər:
-Firuz həkim.Ay həkim.
-Həkim dayandı. Həmin səmtə baxdı. Çağıran xəstə uşağın atasıydı.
-Buyurun-Dedi Firuz.
-Uşağım sağalmalı.
Heç biri dinmədi.
-Ona nəsə olsa...
Bu hədə idi.Açıq-aydın hədə..Bunu bui cür başa düşdü. İlk dəfə idi həkimi hədələyirdilər. Bu həkimi daha da həyəcanlandırdı. Lakin,bu halda həkim cərrahiyyə otağına qədəm qoydu. Hər şey hazır idi..Az sonra əməliyyat başlayacaqdı..həkim əməliyyata hazır idi..İşə girişdi...Həmin anda göz önündə ailəsi dayanırdı.Bir də həmin uşağın atası xəbəərdarlıq etmişdi:
-Əgər uşaq ölsə..
Həmin anda Firuzun nəçəkdiyini təsəvvür etmək çətin idi. Beləcə Firuz əməliyyata davam edirdi. Birdən- birə sanki nəsə oldu..Tibb bacısının həyəcan dolu səsi həkimi xəyaldan ayırdı:
-Keçindi...
Sanki Firuzu ildırım vurdu:
-Necə?!
Artıq iş –içdən keçmişdi. Sel kimi gələn bəla qarşılanmalı idi. Uşaq keçinmişdi.Bunun fərqi indi-indi hiss olunurdu..Həkim bəlanın fərqində idi. Birdən –birə canını üşütmə,titrəmə aldı..Özü də bilmədən qorxmağa başladı,.Ailəsi təhlükəyə atılırdı,Bəla hazır idi Firuz üçün..Həkim qorxurdu. Ailəsi üçün narahat olmağa başlamışdı Getdikcə həyəcanı artırdı.
Tez cərrahiyə otağından çıxdı. Ailəsi və öz taleyi həkimi narahat edirdi. Qorxurdu. Fikirli halda gəzindi.həyəcan keçirirdi.Uşağın atası çıxdı:
-Sən bunun əvəzini verəcəksən..
Bu aşıq-aydın hədə idi. Həmin sözü böylə başa düşdü Firuz.
Az sonra xəstəxananın həyətində canlanma yarandı. Həmin uşağın atası mətbuat konfransı keçirdi və uşağının ölümünə Firuzun günahkar olduğunu bildirdi..Həmin söhbətlər həkimə ayan olurdu....Artıq Firuz qorxurdu. İlhamə vəXumarın həyatı üçün qorxurdu. Sanki ürəyindən iki tel qopurdu. Biri İlhamə,digəri Xumar...Birdən hiss edəndə ki,qızı yox,dərin narahatlıq keçirməyə başladı..Vəziyyət dözülməz və ağır idi. Həyatı dözülməz olacaqdı..Firuz qorxurdu...Həyəcanı artırdı. Ailəsi təhlükə yaşamaqda idi. Yeganə qızının ölümünə dayana bilməzdi. Ürəyi tab gətirməzdi Firuzun..Bəli həkim həmqorxur,həm ehtiyatlanırdı.Fikir onu məhv edəcəkdi..Axşamı gözləməyi qərara aldı.Hər şey bilinəcəkdi...
Axşam düşdü...İşdən çıxan Firuz evinə yollandıı..İlhamə yəqin ki ərini gözləyirdi..Həkimə bu amil əlavə güc verirdi....Bəli həkim evə yollandı...İndi hər şeydən ehtiyatlanırdı .Ailəsi üçün narahatlıq keçirirdi.Özü də hiss etmədən qorxurdu..Həyatın bitdiyini duyurdu. Çıxış yolu fikirləşirdi.
Beləcə həkim evinə çatdı. Qəmgin və duyğulu idi. İlhamə ərinin üzünə baxan təki bu narahatlığı hiss etdi:
-nə olub?
Sualı cavabsız qaldığından bir daha təkrar etməli oldu. Firuz:
-heç...-dedi.
Amma cavab qadını qane etmədi..İlhamə susurdu. Daha dinmirdi..həyəəcanlanırdı..bir müddət susdular..Hərə öz aləminə qapıldı.səssizlik baş verdi..
Firuz uşağına baxdı..Onun üçün də fikir çəkirdi...Xəyala daldı...Lakin,indi buna heç bir əsas yox idi.Firuz yalnız daxilən nigaran idi..Həmin uşağın ölməsi indi göz önündə idi.
Artıq həkim həyəcanlı və dilxor idi.Qızının həyatı üşün nigaran idi Firuz. Bir müddət ötdü. Firuz İlhamənin üzünə baxdıqda qorxu hissini aydın oxudu. İlhaməyə təsəlli vermək üçün söz tapmamışdı.Həyəcanlanırdı.
-sənə nə olub?-deyə İlhamə soruşdu.
Firuz arvadına cavab verməyib susdu..Araya sakitlik çökdü və bir müddət uzandı,..Qadın daha ərindən heç nə soruşmağa ehtiyac duymadı. Nə isə olmuşdu. Axşam idi. Yavaş- yavaş hava qaralırdı. Sakitlik vardı..Həkim düşüncəli idi.Övladı üşün narahatlıq keçirirdi.qorxurdu.. Həmin kəsin necə olduğunu bilirdi,İntiqamdan,qisasdan ehtiyat edirdi,Fikir onu sıxırdı.Neyləyəcəyini bilmirdi..Sıxılırdı.Qorxurdu..Ailəsinin həyatı təhlükədəydi. Bu təhlükədən maksimum sığortalanmaq gərəkirdi.
Nə yaxşı ki,İlhamə ərinin düşündüklərindən bixəbər idi.Bu olanları bilsəydi çox qorxardı..Firuz olanları İlhamədən gizli saxlayırdı. Açıb-ağartmırdı. Desəydi,nə olacaqdı ki?!.hələ ki həyat davam etməkdə iidi. Həkim dolanırdı..
Xəstəxananın həyəti yaşıllıq içərisində idi. Hər tərəf göz oxşayırdı. Baharın gəlişi özünü büruzə verirdi.hava xoş keçirdi. Valid .yəni ölən uşaöın atası bu yerdə idi Əyləşib .xəyala dalırdı. Öz uşağını xatırlayırdı..Balasına ürəyi yanırdı...Elə buradaca həkimdən qisas alacaöına and içdi:
-Həkim,görəcəksən ki, mən dediyimi edən adamam..
Qisası qiyamətdə qoymayacaqdı Vahid..Həyata keçirməli idi.Firuzun ailəsini cismən yox edəcəkdi.Planlar düşünməyə başladı..Fikri bu idi. Odur ki,bunun üçün muzdlu qatil tapmaq gərək idi.Çün ki Firuzdan layiqli qisas alınacaqdı...Buna da hazır idi..çox məkana baş vurdu.Axtarışa çıxdı..Çox soraqlar göndərdi.nəhayəət ki.Aslan adlı qatil tapdı.Eşitdiyinə görə həmin Aslan əsl peşəkar qatil sayılırdı.Aslanla görüşməyi qət etdi.bu məqsədlə onun daim oturduğu kafeyə yollandı. Qərarı qəti idi. Görüşəcəkdi. Təklifini bildirəcəkdi.Hər şey həmin görüşün nəticəsindən asılı olmalıydı...Muzdlu qatil razılaşdı.Firuzun ailəsi məhv ediləcəkdi. Vahid bunu istəyirdi. Həmin yolla Firuzdan qisasını alacaqdı. Qətiləşdirmişdi bunu. Dərhal həyata keçirməliydi.
İlhamənin bu olanlardan xəbəri yox idi. Körpə Xumarını böyüdürdü..Ancaq ürəyinə nəsə dammışdı. Həyəcanlanır, qorxurdu..lakin bunu üzə vurmurdu. Ərində axır vaxtlar mənfi dəyişikliklər baş verdiyini hiss edirdi...Lakin,bunu ərindən soruşmurdu..Daha doğrusu ürəyi gəlmirdi. Ancaq duyduğunu duyurdu.
Firuz da çox narahat idi. Ölən uşaq tez-tez yuxusuna girirdi.Həkim səksənib qalxırdı.Açıq havaya çıxır,gəzinirdi.....
-Allahım,günahımdan keç..
İndi də həyəccanı aartırdı..Səksənirdi. Ölən uşağın fəryadı da bir tərəfdən Firuza rahatlıq vermirdi.Qorxurdu və bunu hiss edirdi.
Lakin xəbəri yox idi ki,ailəsinin qətl əmri verilib. Bəli ,ona tələ qururdular. Ailəsini qətlə yetirəcəkdilər. Ata övladının heyfini çıxacaqdı.Killerlə haqq- hesabı danışmışdılar...Bu qəti idi..
Böylə yalvarırdı..Ürəyinə nə isə dammışdı..
Artıq həkim özü də hiss etmədən qorxurdu. Neyləyəcəyini fiklirləşirdi.
Vahid isə bu zaman muzdlu qatil Kərəmlə görüşdü. Hal- əhval tutdu.
-Necəsən?
-salamat...
Heç bir söz deyilmədi. Sakitlik yarandı..Bir qədər keçdi. Susdular...
Ardı var...
Azər Qaraqoyunlu