Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qarabağ Azərbaycan qədər Türkiyə üçün də əhəmiyyətlidir”

 

"Xeberinfo.com":  Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün Trend-ə müsahibəsini təqdim edirik:

- Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanmasının əsas səbəbləri hansılardır? Münaqişə hansı prinsiplər əsasında həll edilməlidir?

- Regionda sabitliyin təmin edilməsi üçün beynəlxalq hüquq prinsipləri çərçivəsində Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına son qoymağın vaxtı gəlib çatıb. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr bir daha Cənubi Qafqazda sabitlik və sülhün bərpa edilməsi üçün əsas maneə olan Dağlıq Qarabağ münaqişəsinin dərhal nizamlanmasının vacibliyini göstərir. Regionda sabitlik və sülhün təmin edilməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan torpaqlarının azad edilməsi halında mümkündür.

"Soyuq müharibə" başa çatdıqdan sonra bu gün dünya ictimaiyyətinin gündəliyində duran ən əhəmiyyətli məsələlərdən biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, məhz Dağlıq Qarabağ problemidir.

Türkiyə Azərbaycan üçün Qərbə, Azərbaycan isə Türkiyə üçün Mərkəzi Asiyaya çıxış imkanıdır. Bu fakt iki ölkə arasında yüz illərdir davam edən qardaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirib. Məhz bu səbəbdən Dağlıq Qarabağ problemi Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyətli məsələdir.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesləri diqqətlə izləyir və problemin həll edilməsində ATƏT-in Minsk qrupunun bütün səylərini dəstəkləyir. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi çoxtərəfli platformalar və üçüncü ölkələrlə danışıqlar zamanı həmişə Dağlıq Qarabağ məsələsini qaldırır. Ancaq 20 il ərzində ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ciddi uğurlar əldə etməməsi fakt olaraq qalır.

Dağlıq Qarabağ probleminin həlli Ankaranın xarici siyasətinin ən mühüm və prioritet məsələlərindən biri olduğundan, Türkiyə bu məsələdə Azərbaycanı tamamilə dəstəkləyir. Türkiyə Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək və bu məsələni hər zaman gündəlikdə saxlayacaq.

- Müdafiə sənayesi sahəsində Azərbaycan və Türkiyənin münasibətlərini necə qiymətləndirirsiniz? Bu münasibətlərin inkişafı üçün hansı birgə layihələr planlaşdırılır?

- Ankara Azərbaycan və Türkiyəni birləşdirən tarixi və qardaşlıq münasibətləri çərçivəsində siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafına da xüsusi diqqət yetirir.

Türkiyə üçün təkcə öz müdafiə sənayesinin inkişafı deyil, həm də Azərbaycanın müdafiə sənayesinin inkişafı vacibdir və Ankara bu sahədə Azərbaycanın tələbatlarını nəzərə alır.

Türkiyə bundan irəli gələrək dövlət ehtiyaclarını təmin etmək üçün Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əməkdaşlığın tərəfdarıdır.

Azərbaycan regionda Türkiyə üçün ən vacib strateji tərəfdaşdır və bundan çıxış edərək son illər Azərbaycan və hərbi müdafiə sistemi istehsal edən Türkiyə arasında müdafiə sənayesi sahəsində sıx əlaqələr mövcuddur.

Bununla yanaşı, fikrimcə, hər iki tərəf müdafiə sənayesinin inkişafı və güclənməsi üçün daha çox səy göstərməlidir.

Müdafiə sənayesi sahəsində Azərbaycan və Türkiyə arasında əlaqələrin güclənməsinə bu sahədə texnologiyaların açıq ötürülməsi modelinin yaradılması və təcrübə mübadiləsi ilə nail olmaq mümkündür.

Bu məqsədə çatmaq üçün rabitə sahəsində taktiki sistemin (TASMUS) yaradılması və inkişafına, Hərbi Hava Qüvvələrinin idarəsi və nəzarəti sisteminin, elektron hərbi sistemin, elədə də zirehli hərbi maşınların yaradılmasına xüsusi diqqət yetirmək lazımdır.

Türkiyə və Azərbaycan müdafiə sənayesinin inkişafı üçün bir sıra layihələr reallaşdıra bilərlər. Qənaətimcə, tərəflər tərsanələrin tikintisi, gəmilər üçün xidmət zonasının yaradılması, pilotsuz aparatların, optik və elektrooptik malların yaradılması sahələrində əməkdaşlıq edə bilərlər.

- Gündən-günə Suriya və İraqda İŞİD terrorçularının fəallaşması müşahidə olunur. Bu, Türkiyə üçün təhlükədirmi? Terrorçuların məhv edilməsi üçün təkcə hərbi əməliyyatların keçirilməsi kifayət edirmi?

- Türkiyə İŞİD terror təşkilatının yaratdığı təhlükəni aradan qaldırmaq üçün zəruri tədbirləri görür. Bizi ümumi məqsədlər naminə birləşdirən ölkələrlə əməkdaşlıq edilir. Türkiyə, həmçinin koalisiya qüvvələrini dəstəkləyərək İŞİD-lə mübarizəyə töhfə verir.

Türkiyə parlamentinin 2012-ci ildə qəbul etdiyi mandata əsasən, Ankara terrorçuluqla və ölkəyə qarşı yönəldilmiş digər təhdidlərlə mübarizə aparmaq üçün istənilən tədbiri görə, İraq və Suriyadakı terrorçu qruplaşmalar tərəfindən yarana biləcək təhlükəni dəf edə, böhrandan əvvəl və sonra ölkənin maraqlarını qoruya bilər. Və bu, Türkiyəyə dövlət təhlükəsizliyinin təmin edilməsini təhdid edən istənilən təhlükəyə qarşı mübarizə hüququ verir.

İŞİD-ə qarşı səmərəli mübarizə və ölkənin təhlükəsizliyinin təmin edilməsi Türkiyənin prioritetlərindən biridir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, İŞİD-in yaranması və güclənməsinə səbəb Əsəd rejiminin dəstəklədiyi Suriyadakı qeyri-sabitlikdir. İŞİD-i dəstəkləyən qüvvələr aradan qaldırılmayanadək onun məhv edilməsi mümkün olmayacaq. Bir sözlə, İŞİD-ə qarşı mübarizə Suriyada sabitlik və təhlükəsizliyə də xidmət edəcək. Bu, Suriya xalqının tələblərini təmin edən Cenevrə sazişlərinin reallaşdırılması yolu ilə mümkündür.

Suriyada sabitliyin əldə edilməsi və siyasi danışıqlara başlamaq üçün Suriya rejiminə siyasi təzyiq göstərilməlidir. Bu böhranın nizamlanmasında nəticəyə yalnız belə nail olmaq olar və bundan sonra İŞİD-in tam məhv edilməsi mümkün olacaq. Bununla yanaşı, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorçuluqla mübarizədə əməkdaşlıq lazımdır. Bu məsələdə terrorçuluqla mübarizə sahəsində ciddi uğurlar qazanmış İraq nümunə göstərilə bilər.

- Türkdilli ölkələr arasında münasibətləri necə qiymətləndirirsiniz? Əlaqələrin inkişafı üçün hansı addımları atmaq lazımdır?

Türkiyə türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində çıxış edir. Sovet İttifaqının süqutundan sonra türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində müəyyən irəliləyiş əldə olunub, digər tərəfdən, hazırda bu dövlətlər arasında coğrafi mövqe və siyasi prinsiplərlə əlaqədar bir sıra struktur problemlər mövcuddur. Su ehtiyatlarının idarə edilməsi, sərhədlərlə bağlı və etnik problemlər türkdilli ölkələr arasında etnik yaxınlığı çətinləşdirir. Lakin bütün bunlar tarixi-etnik dəyərlər çərçivəsində əməkdaşlığın davam etməsinə mane olmur.

Türkdilli ölkələrlə əlaqələrin inkişafı və əməkdaşlıq çərçivəsində 2010-cu ildə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaradıb ki, bu da adıçəkilən ölkələr arasında əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Mənzil-qərargahı İstanbulda yerləşən bu Şuranın məqsədi türkdilli ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi və möhkəmlənməsidir. Şuranın məqsədlərindən biri də türkdilli ölkələr arasında tarix boyu formalaşan mədəni əlaqələrin möhkəmlənməsidir. Şuranın 2015-ci ilin sentyabr ayında Qazaxıstanda keçiriləcək beşinci sammitinin mövzusu rabitə və media-texnologiya məsələləri olacaq.

Türkmənistan bitərəflik statusu çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olmasa da, sammitin bir sıra tədbirlərində iştirak edir. Özbəkistan isə Şura ilə əlaqələrdən yan qaçır.

Türkdilli ölkələr müstəqillik əldə etdikdən sonra Türkiyə həmişə bu ölkələri dəstəkləyib və ikitərəfli əlaqələrin inkişafı istiqamətində çıxış edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam