Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan ziyalısı məmləkətin üz qarasından başqa bir şey deyil!”

 

“Çox qəribədi, çox! Hələ də bu cəmiyyətdə vətəndaş, ziyalısına ümidini itirməyib. Mən elə fikirləşirdim ki, bu şeytanlaşmış toplumda ziyalı bir yana, adamların bir-birinə ümidi belə yox olub. Vətəndaş hələ də ziyalılardan bir şey gözləyirsə, o vətəndaşa yazıq!”

"Xeberinfo.com":   Məlumata görə, bunları şair Rüstəm BehrudiModerator.az saytına açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılovun, Azərbaycanın ölməz şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə sayılı günlər qalmasına baxmayaraq, onun xatirəsini əbədiləşdirmək üçün dövlət səviyyəsində tədbirlərin görülməməsinə etiraz etməsinə və bu zaman “Hanı Sabir Rüstəmxanlı, Anar Rzayev, Ramiz Rövşən, Rüstəm Behrudi?” deyə, sual etməsinə münasibət bildirərkən deyib.

R.Behrudinin fikrincə, Azərbaycan cəmiyyətində ziyalının heç bir hörməti qalmayıb və onun hansısa müraciətinin heç bir təsiri ola bilməz.
“Bütun həyatını əzab-əziyyət içərisində yaşamış, təqib olunmuş, həbslərdə yatmış, Vətənin ağır günündə əlində silah vuruşmuş bir söz adamının səsi eşidilmirsə, sondu artıq. Ramizin və yaxud mənim prezidentə müraciəti nəyi dəyişə bilər ki?! Ziyalısı çörəklə imtahana çəkilən bir məmləkətdə nə kişilikdən, nə də ziyalılıqdan söhbət gedə bilər. Prezidentə həqiqəti söyləyəcək mətbuatın nə gündə olduğunun şahidi olduq.
Qaldı Azərbaycan ziyalısına, o bu məmləkətin üz qarasından başqa bir şey deyil! Mən artıq bir şeyin də şahidi oldum – Azərbaycan ziyalısı yaltaqlığı da “hörmətdən” salıb. Qaragüruhun içində Ramizin və yaxud mənim səsimin eşidilməyi çətin, çox çətindi.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam