Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“AzDrama” ilə nazir müavini arasında qalmaqal

 

Akademik Milli Dram Teatrı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında qalmaqal yaşanıb.

"Xeberinfo.com":   Məlumata görə, qalmaqal Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı yaranıb. Teatrın aktyorlarının iddiasına görə, yubileyə bir çox sənət ocaqları dəvət olunsa da Akademik Milli Dram Teatrı nazir müavini Ədalət Vəliyevin göstərişi ilə kənarda qalıb. B.Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasından parçalar “AzDrama”nın repertuarında olsa da, yubileydə tamaşanı Şuşa teatrının aktyorları oynayacaq. Özü də “Azdrama”nın aktyorlarının kostyumlarında. 

Əməkdar artist Əli Nur AzNews.az-a açıqlamasında bunu həm B.Vahabzadəyə, həm də “AzDrama”nın bədii rəhbər və yaradıcı kollektivinə qarşı hörmətsizlik kimi dəyərləndirib: “Oktyabrın 30-da Heydər Əliyev Sarayında şairin 90 illik yubileyi keçirəcək. Dövlət səviyyəsində keçirilən bu yubileyə Akademik Milli Dram Teatrının repertuarında olan “Özümüzü kəsən qılınc” tamaşası salınıb. Şuşa teatrının aktyorları “AzDrama”nın aktyorlarının paltarını geyinib səhnəyə çıxacaq. Bu ağzı söz tutmayan, toylarda oxuyub, tamadalıq edən gülünc aktyorların ifası Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Həmin tamaşanın 30-a kimi aktyor heyəti var, hamısı sağ-salamatdır. Nurəddin Mehdixanlı, Ramiz Məlik, Hacı İsmayıl, MəleykəƏsədova, Sənubər İsgəndərli, Laləzar İsmayılova, Rafiq Əzimov və s. Güclü aktyor truppası ola-ola səhnəyə tamada aktyor çıxır. Bunu nazir müavini Ədalət Vəliyev edib” .

Ə.Nurun sözlərinə görə, Ə.Vəliyev “AzDrama”dan qisas alır: “Əziz Ədalət müəllim! Eldar Mahmudovun başına gələnlərdən sizin üçün də var. Gərək mətbuat konfransı keçirib bunları ictimaiyyətə deyək? Bu, Azər Paşa Nemətova, bütün kollektivə hörmətsizlikdir”. 


Xatırladaq ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Həmin sərəncama görə, Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanması tapşırılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam