Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Əliyev danışanda ayağını yerə döyənlərin başında Hadi Rəcəbli dururdu"

 

"Məmur tanıyıram ki, bu gün Ermənistanda Sevan gölünün qırağında tur bazalar salıb. Dünya o dünyadır ki, artıq qapalı heçnə yoxdur. Müxalifətin edə bilmədiyini Azərbaycanda məmurlar edir"
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev PİA.AZ-a verdiyi geniş müsahibədə bildirib. 
Müsahibədə məmurları kəskin tənqid edən Hafiz Hacıyev həmçinin VHP sədri Sabir Rüstəmxanlını və Nəqliyyat naziri Ziya Məmmədovu prezident İlham Əliyevə qarşı oyun oynamaqda suçlayıb:
"Necə olur, Sabir Rüstəmxanlı qardaşına deyə bilmir ki, prezidentin üzünə baxmaqdan niyə bezar olmusan? Siz Azərbaycanın çörəyini yeyirsiniz. İlham Əliyevin hesabına deputatsınız. Ziya Məmmədov Sabir Rüstəmxanlıya deyə bilmir ki, bu nə oyundur oynayırsınız? Necə olur ki, axşam olanda bir yerə yığılıb bəzi məsələləri müzakirə edə bilirlər, amma Ziya Məmmədov bunu deyə bilmir?
Hadı Rəcəbli çıxıb deyir ki, müəllimlər getsin nökərçilik etsin. Mitinqlərin genişlənən ərəfəsində müəllim tayfasını prezidentin üstünə qaldırır. Bundan böyük nə xəyanət ola bilər? Vicdanınız olsun. Əməlinizlə sözünüz bir-birinə tuş gəlsin. O vaxtı rəhmətlik Heydər Əliyevi hakimiyyətə qaldıranda ayağını Milli Məclisdə yerə döyənlərin başında Hadi Rəcəbli dururdu. Məmurlar tanıyıram ki, prezidentə qarşı açıq şəkildə çıxırlar. Ölkədə bu cür haqsızlıqlar olanda hamı da deyir ki, prezident hara baxır. Deyən yoxdur baş nazir, baş nazirin müavinləri, nazirlər nə işlə məşğuldur?".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam