Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Hafka” şəxsi təyyarəsini satışa çıxardı

 

   Ziya Məmmədov, Cahangir Hacıyev və Rövnəq Abdullayev iş adamından borclarını tələb edir

   "Xeberinfo.com":  Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baglan Group” şirkətinin prezidenti, “Hafka” kimi tanınan Hafiz Məmmədov qəxsi təyyarəsini satır. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, iş adamı borclarını ödəmək üçün mülklərindən sonra təyyarəsini də satmaq qərarına gəlib. Məlumatda bildirilir ki, Hafiz Məmmədovun təyyarəsi “Golf stream” markalıdır. Bu təyyarələrin qiyməti modifikasiyasından asılı olaraq 50-100 milyon dollar civarındadır.

   Məlumatda o da qeyd olunur ki, Hafiz Məmmədovun bir neçə oliqarxa külli miqdarda borcu var. Bunlar nəqliyyat naziri Ziya Məmmədov, Beynəlxalq Bankın prezidenti Cahingir Hacıyev və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. Hafiz Məmmədovun adıçəkilən oliqarxlara borcun yaranmasının səbəbləri bizə bəlli deyil. Lakin məlumata görə, hər üç şəxs israrla Hafiz Məmmədovdan pullarını tələb edirlər.

    Qeyd edək ki, bundan əvvəl də “Hafka”nın Bakıdakı mülklərini satışa çıxardığı barədə məlumat yayılmışdı. Həmçinin “Bank of Azərbaijan” ətrafında baş verənlərin də Hafiz Məmmədovun borcları ilə əlaqədar olduğu bildirilir.

   AzPolitika.info-ya daxil olan məlumata görə isə, Hafiz Məmmədov o qədər pis vəziyyətə düşüb ki, hətta yaşadığı evin mühafizəçilərinin belə əməkhaqqını verə bilmir, onlardan bir neçəsini işdən çıxarıb. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam