Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Dünyadan getmək üçün Allah bəhanə göndərir” -Flora Kərimova

“Dünyadan getmək üçün Allah bəhanə göndərir”  - Flora Kərimova

2019-cu ilin statistik göstəricilərinə görə, Azərbaycanda bir il ərzində 55 min 916 ölüm hadisəsi qeydə alınıb. Ölüm səbəbləri arasında isə ürək-damar xəstəlikləri aparıcı yer tutur. Bildirək ki, əvvəlki illərdə də qan dövranı sisteminin xəstəliklərindən həyatını itirənlər daha çox olub. Hətta bəzən bu səbəblə ölənlər ümumi göstəricinin 50 faizdən çoxunu təşkil edib.

Yenixeber.org: İxtisasca həkim olan Xalq artisti Flora Kərimova qeyd edib ki, əgər fərdin doğulandan bioloji problemi yoxdursa, ürək-damar xəstəliyinə təbii ki, həyatdakı problemləri yol açır:

“Hər insanın öz dərdi var. Həyatın özü elə stressdir, onu nəyəsə bölmək olmaz. Problemlər ümumi olmur. Yeganə ümumi problem müharibədir, qalanları isə fərdidir. İnsan maneələrlə üzləşir, fikir çəkir, o fikirlər yığılıb qalır, çıxış yolu tapa bilmir, “nə edim, necə edim?”, -deyə düşünür, sonda isə xəstəlik tapır. İnsan sabahını, övladını və onun rifahını mütləq ki, fikirləşir. Düşünməyənlərə isə arsız insan demirəm, çünki arsız insan yoxdur. Hətta insan istəsə də, arsız ola bilməz, çünki günün hər anı sizi düşünməyə və sizi hansısa situasiyadan çıxmağa vadar edir. Sadəcə, sındığını göstərməyən, başqalarına bəlli etməyən insan var. Çünki həyat hamını qəfil yuxudan oyadır”. 

Flora Kərimova bildirib ki, bu xəstəlikdən qorunmaq üçün ancaq sosial durum yaxşılaşmalıdır:

“Belə olanda fikirlər az olur. O dərdlər sizi məngənədə saxlamır. Amma məsələyə başqa prizmadan da yanaşmaq lazımdır. Bu, bir tərəfdən də Allah verən səhhətdir. Bir də görürsüz ki, fikir yoxdur, amma adam ürək xəstəliyinə tutulur. Azyaşlı uşaq dərdin nə olduğunu bilmir, amma onda ürək xəstəliyi olur. Çünki bəzən bu dünyadan getmək üçün Allah bəhanə göndərir. İstər ürək xəstəliyi, istərsə də əqli çatışmazlıq olsun, bunların hamısı köçmək üçün bəhanələrdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam