Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Nazpəri ilə telefonda adlarımızı “sevgilim” kimi qeyd etmişdik” - VİDEO

“Klipdə Nazpəri Dostəliyeva ilə tərəf müqabili olan zaman telefonlarımızda adlarımızı “sevgilim” kimi qeyd etmişdik”.
Yenixeber.org: Bu sözləri Xalq artisti Ramiz Novruz “ATV” telekanalında yayımlanan “Zaurla günaydın” səhər şousunda qonaq olarkən deyib.
Verilişdə iştirak edən Xalq artisti N.Dostəliyeva aktyorun bu sözlərinə “Hamı o hissləri özü kimi yaşayır” reaksiyasını verib.
Xalq artistinin həyat yoldaşı isə “Evə gələn anonim zənglərə dözdüm” deyərək, fikirlərini belə tamamlayıb:
“Zəng vurub soruşurdular ki, “Dodaqdan qəlbə” serialında ərin qızla qucaqlaşır, bunlara necə dözürsən?” Cavab verirdim ki, ürəksiz qucaqlaşmışdılar”.
Proqramda R.Novruz adının varlı aktyorlar sırasında çəkilməsinə isə belə münasibət bildirib:
“Adımı ən varlı aktyorlar sırasında yazırlar. Seriallara çəkilirəm, Prezident mükafatı alıram. Ayda üç min manat qazanıram”.
Daha sonra Xalq artisti qızı, məşhur stilist Şəfəq Novruz barədə sosial mediada yazılan ittihamlara kəskin şəkildə etirazını bildirib:
“Sosial şəbəkədə qızımla bağlı xəbərlər dərc edirdilər. Başlığa isə “Xalq artistinin ermənipərəst qızı” yazırdılar. Bunu yalnız anormal insan yaza bilər. Mənim səkkiz qohumum şəhid olub. Onlardan ikisi qan qohumumdur. Ayıb deyil, belə şeylər yazırsınız?”
Qeyd edək ki, Xalq artisti R.Novruzun Şəfəq adlı qızı və Cavidan adlı aktyor oğlu var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam