Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xalq artistləri polis bölməsində yumruq davasına çıxdılar

 

Akademik Milli Dram Teatrı ilə bağlı qalmaqallar pik həddə çatıb 

"Xeberinfo.com":    Aznews.az-a istinadən məlumata görə, bu gün teatrda Xalq artistləri yumruq davasına çıxıb. Belə ki, mətbuatda teatr direktoru  İsrafil İsrafilovun bərəsində verilən açıqlamalara Xalq artisti Ramiz Novruz reaksiya verib. 
Bu barədə söhbət zamanı Ramiz Novruzun teatr direktorunu müdafiə etməsi Xalq artisti Ramiz Məlikə xoş gəlməyib. Nəticədə mübahisə düşüb. Bu zaman isə əsəblərinə hakim ola bilməyən Ramiz Novruz Ramiz Məliki yumruqlayıb. Nəticədə ikincinin gözünün altı qaralıb və paltarı cırılıb. 
Bir müddət əvvəl ağır ürək əməliyyatı keçirən Ramiz Məlik aktyorların köməyi ilə Ramiz Novruzun əlindən güclə alınıb. Xəsarət alan Xalq artisti polisə (102) müraciət edib.  Bir qədər sonra  Xalq artistləri Yasamal Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıblar.
Məsələni dəqiqləşdirmək üçün aznews.az-ın əməkdaşı hər iki Xalq artisti ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı sualı eşitdikdən sonra Ramiz Məlik telefonu qapadıb.
Xalq artisti Ramiz Novruz isə faktı təsdiqləyib. O, belə bir hadisənin olduğunu və buna təssüfləndiyini bildirib. Danişa bilmədiyini deyən Xalq artisti olduğu yerdən polis bölməsinə gedəcəyini vurğulayıb.
Qeyd edək ki, yumruqlaşmaq həddinnə gəlib çatmasa da, Xalq artistləri arasında gərginlik bir neçə ay əvvəl də olmuşdu.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam