Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xalq artistinin oğlu Ramiz Məliki hədələdi

Xalq artistinin oğlu Ramiz Məliki hədələdi

 

Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz sosial şəbəkə vasitəsilə digər Xalq artisti Ramiz Məlikin “Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” sözlərinə cavab verib

 

Yenixeber.org: O, R.Məliki sərt tənqid edib və hədələyib.

Ramiz Məlik

“Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən...

Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız.

Ramiz Novruz

O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novurz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda insanların torbasını tikməkdir.

Atamı 3 illik tutduracaqmış... Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”, - deyə C.Novruz yazıb.

Cavidan Novruz

Xatırladaq ki, hazırda Xalq artisti Məleykə Əsədova ilə məhkəməlik olan Ramiz Məlik 2015-ci ildə Xalq artisti Ramiz Novruzla dava etmiş və həmkarı barəsində polisə şikayət ərizəsi yazmışdı.

Məleykə Əsədova

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam