Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tanınmışlar oruc tuturlarmı? -Çoxu “yox” deyir

 
Bu gündən İslam aləmi üçün müqəddəs sayılan Ramazan ayı başlayıb. Oruc tutub niyyət edən müsəlmanlar 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirəcəklər. 

Yenixeber.org: tanınmış şəxslər arasında sorğu keçirərək onların oruc tutub-tutmadığını öyrənməyə çalışıb.
Deputat Fəzail Ağamalı ürəyində ciddi problemlər olduğuna görə oruc tuta bilmir: "Mən bütün müsəlmanları təbrik edirəm. Mən oruc tutmuram, səhhətim buna imkan vermir. Ürəyimdə ciddi problem olduğuna görə, oruc mənə yasaqdır. Amma oruc tutanlar üçün iftar süfrəsi açıram”. 

Xalq şairi, dramaturq Nəriman Həsənzadə orucluğu İslamın dahiyanə kəşfi adlandırıb: “Təəssüf ki, infarkt keçirmişəm, bu səbəbdən oruc tuta bilmirəm. Kim ki deyir oruc aclıq və ya günahların yuyulması üçün tutulur, o, məhdud adamdır. Bu, böyük bir sitemdir. İslamın paklığı, ucalığıdır. Bunu danmaq olmaz. Bunların hamısı insana xidmətdir”. 

Millət vəkili Cavanşir Paşazadə yaxın günlərdə oruca başlayacağını söyləyib: “Hər bir müsəlman oruc tutmalıdır. Kim tuta bilir, kim xəstədir, kim tutmur, bu onun şəxsi işidir. İnşallah, oruc tutmağa çalışıram”. 

Aktrisa Həmidə Ömərova hər il oruc tutduğu deyib: “Hər insanın niyyəti özünə aiddir. Birinci növbədə hər kəs öz övladını, ailəsini, sağlamlığını fikirləşir. Allah xəstələrə şəfa versin. Həmişə oruc tuturam”. 

Aktrisa Afaq Bəşirqızı özü oruc tutmasa da, iftar süfrəsi açmaq niyyətindədir: “Səhhətimlə əlaqədar qəbul olunmur. Orucluq ayında oruc tutan insanlara başqa qayğı göstərirəm”. 

Xalq artisti Bilal Əliyev heç vaxt orucunu batil etmədiyini bildirib: “1993-cü ildən indiyə qədər hər il oruc tutaram və bir gün də olsun, orucumu batil etməmişəm. Bir gün əvvəl başlayıram, bir gün də axırdan iftarımı gec açıram. 32 gün oruc tuturam. Özümü Allaha əmanət edirəm ki, oruc tutmaqda mənə kömək etsin. Niyətim odur ki, Allah məni haqq-ədalət yoluna çəksin. Şeytana aldanmağa qoymasın”. 

Əlaqə saxladığımız digər tanınmış şəxslərdən bəziləri oruc tutmadıqlarını bildiriblər. (Azvision)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam