Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Xəstə insanlar orucu necə tutmalıdır? -Həkimdən RAMAZAN MƏSLƏHƏTLƏRİ

 

Dində bəzi xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları vacib olmasa da, həkimlər oruc tutmaq istəyənlərin müəyyən məqamlara diqqət edərək "Ramazan pəhrizi" saxlaya biləcəklərini deyir

Yenixeber.org:  Türkiyəli endokrinoloq professor Mitat Bahçeçi müxtəlik xroniki xəstəlikləri olanların sağlamlıqlarını riskə atmadan necə oruc tutmalarından danışıb.
Onun sözlərinə görə, isti günlərdə diabet, tiroid xəstələri daha diqqətli olmalıdırlar:
"1-ci tip diabetli xəstələr, insulin istifadə edən 2-ci tip diabetlilər və diabetdən əziyyət çəkən hamilə qadınlar oruc tutmamalıdırlar.
Dərmanlarla insulini bərpa edən, hipoglisemi riski olmayan, metformen tərkibli dərmanlar istifadə edən, həmçinin pəhrizlə müalicə olunan şəxslər oruc tuta bilərlər".
Mütəxəssis belə xəstələrin mütləq şəkildə sahura qalxmalı olduqlarını diqqətə çatdırıb:
"İftara isə şorba və şəkərsiz bol su ilə başlamalıdırlar və ən az 15 dəqiqə keçdikdən sonra əsas yeməyə başlaya bilərlər. Şirniyyat və ya meyvəni də iftardan ən az 1 saat keçdikdən sonra yeyə bilərlər".
Xəstələrə meyvə şirəsinin əvəzinə meyvənin özünü yeməyi tövsiyə edən Bahçeci, alma ya da qatıq üzərinə əlavə edilən 1 çay qaşığı darçının insulin üzərində müsbət effekt yaratdığını qeyd edib:
"Oruc tutan diabetli insanlarda gün ərzində ani və soyuq tərləmə, döyüntü, üzdə solğunluq kimi əlamətlər ortaya çıxarsa mütləq şəkildə qan şəkərinin səviyyəsi ölçülməlidir. Əgər qan şəkəri düşübsə, orucu pozmalı və şəkərli su içməlidirlər".
Endokrinoloq hipotiroid xəstələrinin rahatlıqla oruc tuta  biləcəklərini bildirib. Dərman içmək saatlarına isə diqqət etməli olduğunu vurğulayıb.
"Dərmanlar sahura qalxan zaman ac qarnına içilməlidir. Yemək isə yarım saat sonra yeyilə bilər. Xolesterin dərmanı qəbul edənlər də rahat oruc tuta bilərlər, çünki dərmanlarını yatmazdan öncə atmaqlarını tövsiyə edirik", - deyə mütəxəssis qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam