Hamiləliyinin son günlərini yaşayan müğənni Natavan Həbibi xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: Bu barədə onun həyat yoldaşı, reper Dado məlumat verib.

Xəstəxanadan fotosunu paylaşan reper “inşallah” şərhini yazaraq, övladının dünyaya gəlməyə hazırlaşdığına işarə edib.

İzləyicilər isə Dadoya “Sağ-salamat dünyaya gəlsin” deyə, arzularını bildiriblər.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların oğlu dünyaya gələcək.